Aqil Nəzərli laçınlıları Rövşən Rzayevin üstünə qaldırır... - Başçı camaatı ələ salırsa...
Bolge
Oxunub: 697
23 may 2018 | 18:53
 Aqil Nəzərli laçınlıları Rövşən Rzayevin üstünə qaldırır... - Başçı camaatı ələ salırsa...















Mayın 18-də Laçının işğalından 26 il ötdü. Ötən bu 26 ildə laçınlılar nə çəkir, hamıdan çox onu bir Allah bilir, bir də özləri. Qaradağ rayonu Qobustan qəsəbəsindəki “Avtobaza 5” ünvanında yaşayan qaçqınlar deyir ki, laçınlıların çəkdiyini heç Allah da götürməz, amma “Qaçqınkom”un keçmiş sədri Əli Həsənov vəzifədə olduğu illər ərzində bu zülmü görməməzlikdən gəlib.

Moderator.az -a danışan sakinlər fəryad edirlər. Bildirirlər ki, Laçın işğaldan azad edilsin gedib orda çadırda yaşamağa hazırıq, amma burda gürzə ilanları ilə bir evdə yox:

Xudaverdiyev Məzahir Ələkbər oğlu deyir ki, 2008-ci ildən bu ünvanda yaşayır, amma buna yaşamaq deyilərsə: “2008-ci ildən bu ünvanda yaşayıram. İki övladım var. Yaşayışımızın dözülməz olmasıyla bağlı aidiyyatı qurumlara dəfələrlə müraciət etsək də, heç bir nəticə yoxdur. Laçın rayon icra hakimiyyətinin başçısı Aqil Nəzərli ilə Ümid qəsəbəsində laçınlılarla görüşündə bildirdim ki, evdən ilanlar çıxır, burda yaşaya bilmirik. İcra başçısı dedi ki: “Get, kirayədə yaşa” Dedim ki, mənim maddi imkanım yoxdur. İcra başçısı da köməkçisinə tapşırdı ki, maddi köməklik edilsin. Amma yalandan ərziyə yazdırıb yola saldılar. Evlərin damı bərbad vəziyyətdə olduğundan yağış yağanda su evinə içinə tökülür. Nə qədər həşərat var hamısı evə dolur. Belə bir şəraitdə uşaq saxlamaq olarmı? Onlar sabahın əsgərləridirlər, amma indidən xəstəliyə düşürlər. Gecə yatdığımız yerdə evə gürzə ilanı girmişdi, xoşbəxtlikdən yuxudan vaxtında oyandığımız üçün evdən çıxa bildik. Dəfələrlə “Qaçqınkom”un keçmiş sədri Əli Həsənova müraciət etsək də, heç bir tədbir görülmədi. Xahiş edirik bizi yaşamaq üçün normal bir yerə köçürsünlər”.

Laçın sakini Musayev Ziyadxan Musa oğlu da adı çəkilən problemdən şikayətçidir: “Mən də burda yaşayıram. Evimiz bərbad vəziyyətdədi. Dörd övladım var. Evdə ilan balaları gəzir. Uşaqlarımıza görə narahadıq. Gəlsinlər baxsınlar, əgər burda adam yaşaya bilərsə, biz yaşayarıq. Avtobazanın həyətində yerləşmişik. Burda avtomobillərə görə uşaqlarımızı da bayıra buraxa bilmirik. Xahiş edirik bizim səsimizə səs versinlər”.

Heydərov Fazil Qaytaran oğlu da evinin qarşısında açılan kafeyə görə həyətə çıxa bilmədiklərini deyir: “Laçın sakini Bizim vəziyyətimiz çox pisdir. Bizimlə heç kim maraqlanmır. Burda dörd ailə yaşayırıq və yaşayımız çox pis vəziyyətdədir. Divarlar hamısı çat verib. Evinə içinə keçir. Nəmişlikdən xəstəlik tapmışıq. Hər dəfə öz vəsaitimiz hesabına təmir edirik, amma xeyri yoxdur. Evimizin yanında kafe açıblar qız-gəlin bayıra çıxa bilmir. Hara da şikayət edirik baxan yoxdur. Xahiş edirik biz dörd ailəni heç olmaya normal şəraiti olan bir yerə köçürsünlər”.
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu