Ziya Məmmədovun məmur kadrı müxalifəti maliyyələşdirir? - sensasion detallar!!!
Bolge
Oxunub: 570
22 may 2018 | 13:00
Ziya Məmmədovun məmur kadrı müxalifəti maliyyələşdirir? - sensasion detallar!!!














Rəşad Şükürov - bu ad Göyçayda mənfi mənada yaxşı tanınır. Bu haqda media dəfələrlə yazıb

FİA.Az xatırladır ki, onun əvvəlki iş yeri rayon icra hakimiyyətinin bələdiyyələrlə və kənd icra nümayəndələri ilə iş şöbəsinin müdiri olub.

Hazırda icra başçısının şəhər üzrə səlahiyyətli nümayəndəsidir. Həm də rayonun sabiq icra başçısı, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumudur.

Ucar rayon icra hakimiyyətinin başçısı Mansur Məmmədovun kadrı kimi də tanınır. Bir vaxtlar Ziya Məmmədovun qılıncının dalı-qabağı kəsən vaxtı Mənsur Məmmədov nazir gedəcəyi və yerinə də Rəşad Şükürovu təyin edəcəyini bildirmiş.

R.Şükürovun bunu biləndə uçmağa qol-qanadı olmamışdı. Hətta bu gələcək vəzifəni yığışıb dostları və yaxınları ilə xüsusi qeyd etmişdi.

Lakin Rəşad müəllimin bu sevinci uzun çəkməmiş, onun irəli getmək kareyası da Ziya Məmmədovla birlikdə arxivə qovuşmuşdu.

Mehdi Səlimzadə Göyçaya icra başçısı təyin olunandan sonra onu işdən azad etmiş, çox minnətdən və yalvar-yaxardan sonra şəhər üzrə səlahiyyətli nümayəndə təyin etmişdi.

Redaksiyamıza gələn məlumatlara görə, kənd bələdiyyələrinə və kənd icra nümayəndələrinin başına açdığı oyunu bu gün o, sahibkarların başına açmaqdadır.

Onun icazəsi olmadan şəhərdə heç kim obyektinin qarşısına mal yığa bilməz. Onun icazəsi olmadan bu gün başlanan yay mövsümü ilə əlaqədar qoyulan su, dondurma aparatları belə işləyə bilməz.

Bunun üçün Rəşad Şükürovun “bığlarının altından” keçmək lazımdır. Rəşad Şükürov özü sahibkar olsa da, sahibkarlara “divan tutmaq”la məşğuldur. Onun nəzarətində bir neçə mağaza, mebel və yeşik sexləri var.

FİA.Az-a gələn məlumata görə, Z.Məmmədovun adamının fermer təsərrüfatı, hektarlarla torpaq sahəsi var.

Bu azmış kimi, R.Şükürovun rayonda müxalifətçilərə məxsus biskivit sexinə himayədarlıq etdiyi və hətta şərik olduu iddiaları səslənir.

Həmin sexdən qazanc əldə edən müxalif fikirli insanların Bakıda təşkil edilən mitinqlərə gedənləri maliyyələşdirirlər.

Onlar R.Şükürovu arxayın edərək bildiriblər ki, bu yaxınlarda hakimiyyət dəyişəcək və yaxşılığın müqabilində ona kadr kim yüksək vəzifə tapşırılacaq.

Təbii ki, bu iddialar müxaliflərin Z.Məmmədovun kadrını əldən buraxmamağa hesablanıb. Çünki heç bir siyasi dəyişiklik ab-havasından söhbət gedə bilməz.

Həm də bu sex Mənsur Məmmədovun Göyçayın başçısı olduğu dövrlərdə yaradılıb və Ziya Məmmədovun sonu gəldiyi hiss olunduğu üçün gələcəyə hesablanıb.

Xaricdə formalaşan söyüş müxalifətinin Ziya Məmmədov tərəfindən maliyyələşməsi haqda səslənən iddialar da ehtimalları və şübhələri gücləndirir.

Nazir postunu itirəcəyini hiss edən Z.Məmmədov daxili müxalifətin maliyyə mənbəyinə çevriləcək belə obyektləri açmaqla gələcəyi hesablayıb.

Özü də belə obyektləri özünə sadiq hökumət nümayəndələrinin rəhbərliyi və şərikliyi altında açıb ki, heç kimdə şübhə oyatmasın.

Hətta Rəşad Şükürovun yaxınlarından biri “niyə belə gəlirli obyektləri müxalifətçilərlə açırsınız” sualına cavabında deyib ki, məqsəd müxalifəti parçalamaq üçündür və hamısı bizə işləyirlər.

Ancaq o “bizə” deyəndə hakimiyyəti deyil, Ziya Məmmədovu və ətrafında formalaşan komandanı nəzərdə tutduğu iddia edilir.
Bütün bu iddialar Göyçay RİH-də vəzifə tutan R.Şükürovun əməllərini araşdırmaq zərurəti yaradır.

Qarşı tərəfi dinləməyə hazırıq.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu