"Quska"nın biznes ortağı olan icra başçısı necə sərvət toplayıb... - İLGİNC FAKTLAR
Bolge
Oxunub: 625
21 may 2018 | 22:18
"Quska"nın biznes ortağı olan icra başçısı necə sərvət toplayıb... - İLGİNC FAKTLAR















Millət vəkili, Ana Vətən PArtiyasının sədri Fəzail Ağamalı bugünkü mediaya hazırda həbsdə saxlanılan keçmiş deputat, "Quska" ləqəbli Hüseyn Abdullayevlə bağlı ilginc açıqlamalar səsələndirib. DİA.AZ bildirir ki, Fəzail Ağamalı Hüseyn Abdullayevlə bağlı bunları deyib:


"Quska"nın biznes ortağı olan icra başçısı necə sərvət toplayıb... - İLGİNC FAKTLAR

"Hüseyn Abdullayev 90-cı illərin axırına qədər heç kim idi. O, ulu öndərin himayəsi nəticəsində böyük varidata sahib oldu, böyük maliyyə imkanları əldə etdi. Görünür, həmin maliyyə imkanları onu yolundan çıxartdı, əlinə keçən maliyyə imkanlarının əsirinə çevrildi. O, maliyyə imkanlarını idarə etmədi, əksinə, böyük maliyyə, böyük pul onu artıq özünün köləsinə çevirdi. Nəticədə o, bu pulu, bu imkanları ona verən dövlətin üzərinə getdi. Dövlətin üzərinə getdiyi üçün öz cavabını almalı idi. O, mənim timsalında cavabını da aldı. Ancaq biz səmimi ayrıldıq. Yəni məndən üzr istədi, mən də onu bağışladım. Əl tutduq, görüşdük və bununla da bitdi. Düşündük ki, oldu da, yəqin öz səhvini başa düşdü. Əgər doğrudan da mətbuatın yazdığı kimi o, Avropada dövlətin ona vermiş olduğu imkanlardan istifadə edib, dövlətin əleyhinə, antiazərbaycan qüvvələrin içərisində yer alırsa, bu, artıq onun faciəsidir. Bu faciəni yaşamağı mən heç kimə arzulamıram. Ancaq bu faciəni kimsə yaşayırsa, artıq o, taleyi ilə barışmalıdır".

"Quska"nın biznes ortağı olan icra başçısı necə sərvət toplayıb... - İLGİNC FAKTLAR

Fəzail Ağamalı həqiqətən də haqlıdır və 90-cı illərin axırına qədər əslində HEÇ KİM olan Hüseyn Abdullayev məhz ona yaradılan şəraitin hesabına ortaya çıxıb, pardaxlanıb, güc sahibi olub və bunun da nəticəsində iddialara düşüb. Elə bir iddialara düşüb ki, hətta yekunda Azərbaycan dövlətinin əleyhinə olan, xüsusən də Azərbaycana düşmən olan qüvvələr tərəfindən yönəldilən bir prosesin himayədarına belə çevrilib.

DİA.AZ-a bu barədə danışan bilgili qaynaq isə Hsüeyn Abdullayevin hazırda Qaradağ rayon icra hakimiyyətinin başçısı postunu tutan Süleyman Mikayılovla əlaqələrindən danışır. Yəni Fəzail Ağamalının barəsində danışdığı 90-cı illərdən. Xatırlayırsınza, hələ xeyli əvvəlindən bu barədə oxucularımızı bilgiləndirəcəyimizi vəd etmişdik.

"Quska"nın biznes ortağı olan icra başçısı necə sərvət toplayıb... - İLGİNC FAKTLAR

Məlumatlı mənbənin dia.az-a söylədiyinə görə, Hüseyn Abdullayevlə Süleyman Mikayılov hələ 90-cı illərin əvvəlindən yaxın münasibətdə olublar. Mənbənin söylədikləri:

"Həmin dönəmdə Süleyman Mikayılov Bakıda Bülbül adına musiqi məktəbinin zirzəmisində özünə ofis tutmuşdu, başına idmançıları toplamışdı. Həmin idmançıların adları eyni zamanda qara işlərdə də hallanırdı. O zaman Hüseyn Abdullayev-Süleyman Mikayılov cütlüyünə indi "Hafka" kimi tanıdığımız Hafi Məmmədov da qoşulmuşdu və bu üçlük Azərbaycana xaricdən yağ gəıtirməklə məşğul idi".

Mənbə iddia edir ki, məhz bu yolla və onlara yaradılan digər şəraitlər hesabına külli miqdarda pul qazanan Hüseyn Abdullayev, Süleyman Mikayılov və Hafiz Məmmədov sonradan hər biri ayrı-ayrıılıqda gücə çevirilirlər. Amma dostluqlarını unutmarlar, əlaqələrini kəsmirlər. İcra başçısı olan Süleyman Mikayılovun bu gün kifayət qədər maddi imkanlara malik olduğu şübhəsizdir.

Hüseyn Abdullayevin və elə həm də "Hafka"nın isə həmin maddi imkanları hansı yöndə xərclədikləri də məlumdur. Artıq müflisləşdiyi deyilən Hafiz Məmmədovdan fərqli olaraq "Quska" pullarını iyrənc siyasətə yatırtdı ki, bu gün də bunu bəlasını çəkir. Zamanında yağ kimi pullar qazanan və indinin özündə də dövlət büdcəsini dədə malı kimi sağa-sola səpələyən Süleyman Mikayılov isə hələlik vəzifə başındadır.

Hələlik ona görə deyirik ki, artıq barəsində araşdırmalara başlanıldığı, adının "Quska" ilə birgə hallandığı xəbərlər dolaşmaqdadır.

Qarşı tərəfi də dinləməyə hazırıq... Əlavə bilgilərimiz olacaq. Bizi izləyin.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu