Xızıda üç villalı başçı və milyonçu deputatdan özbaşınalıq... - Camaat Allahın ümidinə qalıb…
Bolge
Oxunub: 711
16 may 2018 | 21:51
Xızıda üç villalı başçı və milyonçu deputatdan özbaşınalıq... - Camaat Allahın ümidinə qalıb…

















Xızıya keçəl dağların yanından keçərək çatırıq. Bakıdan 1 saatlıq uzaqda yerləşir. Yəni, ucqar dağ bölgəsi deyil.

Amma ucqar sərhəd kəndlərində olmayan problemlər, özbaşınalıqlar bu rayonda var. O problemlər Xəzər Aslanovun Xızıya icra başçısı təyin olunandan sonra dərinləşib.

► Aptek yenə yox, su yenə yox…

Sakinlər deyirlər ki, prezidentin rayona səfəri olmasaydı, icra hakimiyyəti əlini ağdan qaraya vurmayacaqdı.

Onların sözlərinə görə, mayın 4-də dövlət başçısı Xızıya gəldiyi üçün qabaqcadan ara yolları başdansovdu olsa da, asfaltlayıblar.

Rayonun ərazisində isə axır ki, yanacaqdoldurma məntəqəsi açılıb. Xızıda nə “zapravka”, nə aptek var idi.

İndi YDM problemi həllini tapsa da, rayonda hələ də aptek yoxdur. Sakinlər dərman almaq üçün Sumqayıta gedirlər.

Xızıda su problemi həmişə olur. Yaxşı ki, bulaqda su gəlir. Bu yerin camaatı təbiətin hesabına yaşayır. Doğrudur, yeni su xətti çəkilib, amma evlərə paylanmayıb.

2012-ci ildə Xızının su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün təməlqoyma mərasimi keçirilmişdi.

”Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov, Yaponiyanın Azərbaycandakı səfiri və rayonun icra başçısı iştirak etmişdilər.

Deyilmişdi ki, Xızı 2014-cü ildə içməli su ilə tam təmin olunacaq. Amma üzərindən 4 il keçib və hələ də tam məsələ həll olunmayıb.

► Başçının, AzTV sədrinin və daha kimlərin villaları…

Xızının səfalı Altıağac, Fındığan kimi yerləri məmurların cəngindədir. Hələ bir neçə il qabaq deputat, xalq artisti Zeynəb Xanlarova Milli Məclisdə haraya çağırdı, prezidentə üz tutdu. Dedi, ay bala, Xızı xızılıların əlindən çıxıb e. Gəlin görün qoruğu neyləyiblər.

Bu parkda boş yer qalmayıb, torpaqları məmurlar zəbt edib. Gedin, əgər içəri buraxsalar görərsiz ki, nə qədər villalar tikiblər.

Hamısı da Xəzər Aslanovun imzası ilə həyata keçirilir. Başçı sərəncam verir, həm pul qazanır, həm də məmurlara torpaqları paylayır.

Xızıda AzTV sədri Arif Alışanovdan tutmuş prokurorlara, məhkəmə sədrlərinə, ayrı-ayrı nazirlərə qədər məmurların villaları baş qaldırır.

Altıağacda torpağın sotu 8-10 min manatdır. Başqa yerlərdə isə torpağın sotu 1500-3000 manat arası dəyişir. Rayon rəhbəri hektarlarla sahəni satıb, qoruğun ətrafı istirahət mərkəzlərinə çevrilib.

X.Aslanovun özünün təkcə 3 villası var. YAP-ın qurucularından olan Maksim Musayev deyirdi ki, Aslanov hər şeyi özü üçün edir, yalnız özünü fikirləşir:

“İcra başçısı olandan 3 villa tikdirib; birini Xızının mərkəzində, birini Şurabatda, birini də Altıağacda.

Onun başı belə işlərə qarışıb. Bir də söküb dağıtmaqla məşğuldur. İşlədiyi beş ildə bir idman obyekti tikməyib. Axtarsan belə rayon respublikada tapmazsan”.

► Xızının deputatının şıdırğı biznesi

Xızının deputatı isə Hacı Salayevdir. Rayon camaatı ilə 5 ildə 5 dəfə görüşməyən mandat sahibinin başı biznesinə qarışıb.

Deputatın biznesinin özəyini Yasamal rayonu ərazisində yerləşən və paytaxtın elit məkanlarından biri kimi tanınan “Lake Palace Hotel”i təşkil edir.

Millət vəkilinin biznesinə daxil olan müəssisələrdən biri də “Trust” Mühafizə Şirkətidir. 3 min nəfərdən çox əməkdaşı olan şirkət ölkədəki xeyli obyektin mühafizəsini təşkil edir.

Bu obyektlər arasında banklar, istehsal müəssisələri, böyük satış mərkəzləri, əcnəbi şirkətlərin ölkəmizdəki nümayəndəlikləri və digər obyektləri var.


“Trust”un əməkdaşlarının mühafizə etdiyi böyük şirkətlər arasında “Pepsi-coca cola” şirkəti də var.

İndiyə qədər nə jurnalistlərə açıqlama verib, nə seçiciləri ilə görüşüb, nə də parlamentdə səsi gəlib. Bir sözlə, nə deputat, nə icra hakimindən yarayan Xızı camaatı Allahın ümidinə qalıb…
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu