İcra başçısının Qarabağ qazisini qanına qəltan edən qoçusu- VİDEO+FOTO
Bolge
Oxunub: 682
14 may 2018 | 09:40
İcra başçısının Qarabağ qazisini qanına qəltan edən qoçusu- VİDEO+FOTO














Abşeron başçısının Qarabağ əlilinin qanını tökən qoçularının görüntüləri Abşeron rayonunun Fatmayı qəsəbəsində Qarabağ müharibəsi veteranını pul vermədiyi üçün döyüb qanına qəltan edən qoçulardan birinin kimliyi məlum olub.

Qoçular tərəfindən döyülən və üzləşdiyi qanunsuzluğa etiraz olaraq tikdiyi evə od vurub yandıran Fuad Əkbərov həmin şəxslərdən birinin mobil telefonla çəkilmiş fotosunu criminal.az-a təqdim edib. O, hadisənin necə baş verdiyini danışıb: Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən müsavat.com-a təkzib məktubu göndərilib. Məktubda deyilir: "11 may 2018-ci il tarixində Abşeron rayonu Mehdiabad qəsəbə sakini, 1976-cı il təvəllüdlü Əkbərov Fuad Mübariz oğlu rayonun Fatmai kəndi ərazisində yerləşən və içərisində yaşayış olmayan bir mərtəbəli yeni tikilini qabaqcadan hazırlanmış və təxribat, təhdid xarakteri daşıyan video çəkmək məqsədi ilə yandırmışdır.

Qeyd etmək istərdik ki, Fuad Ələkbərov Fatmai kəndi ərazisində əmlak alqı-satqısı ilə məşğul olur. Abşeron Rayon İcra Hakimiyyətinin işçiləri Fuad Ələkbərovun məlum videoda iddia etdiyi kimi, söküntü işləri aparmır və ondan hər hansı bir vəsait tələb olunmayıb. Üstəlik, ona qarşı hər hansı bir fiziki təzyiq göstərilməyib. F.Ələkbərov özünün bizə məlum olmayan məqsədləri üçün əvvəlcədən planlaşdırıb, hazırladığı ssenari üzrə addım ataraq internet televiziyasının nümayəndəsini tikilməkdə olan sözügedən mənzilə çağırmış və xüsusi hazırlanmış nitqi ilə video çəkiliş aparmışdır. Hazırda Abşeron rayon prokurorluğunda cinayət işi başlanılmış və istintaq aparılır”."Mən 2014-cü ildən o evdə yaşayırdım, bütün sənədlərim də qaydasında idi, o cümlədən evin "kupça”sı da var. Qəfildən baxdım ki, evin qabağında ekskovator dayandı və bir dəstə mülki geyimli üstümə hücum çəkdi. Dedilər ya pul ver, ya evini sökürük. Dedim pul verməyəcəm, əvvəla rüşvət verməyə pulum yoxdur, ikincisi mən bu evi qanuni tikmişəm, bütün sənədlərim də var. Sənədlərə filana məhəl qoymadılar. Məni 3 uşağımın gözü qarşısında döyüb bu hala saldılar”, - Fuad Əkbərov deyir.
F.Əkbərov onu döyən qoçuların hamısını tanıdığını deyir, dediyinə görə yaxınlıqdakılar şəkillərini də çəkiblər. O, başına gələnlərə etiraz olaraq özünü öldürmək istəyib, imkan verməyiblər, amma evə od vurmağa imkan tapıb. Xəstəxanaya müraciət edən Əkbərovda orta ağır xəsarətlər qeydə alınıb.

Yenidən Criminal.az saytı F.Əkbərovla əlaqə saxlayıb. O, barəsində cinayət işinin başlandığını təkzib etsə də, dövlət idarəsində izahat yazdığını bildirib. Daha sonra isə onun telefonuna zəng çatmayıb.



Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib