Cəlilabadda icra başçısı deputat qarşıdurması-NÜFUZ SAVAŞI
Bolge
Oxunub: 835
30 apr 2018 | 22:55
Cəlilabadda icra başçısı deputat qarşıdurması-NÜFUZ SAVAŞI














Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalovun müstəqil addım atmaq cəhdi hamisi Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovu və onun qardaşı deputat Malik Həsənovu qəzəbləndirib. Cəlilabad rayonundan daxil olan məlumata görə prezident seçkilərindən sonra Namiq Zeynalov özünə müavin təyin etmək istəyib. Lakin belə bir istək onu onu pis vəziyyətə qoyub. Çünki Namiq Zeynalovun özünə müavin təyin etmək məqsədi ilə Prezident Adminstrasiyasına məktub yollaması barədə Kərəm Həsənov öyrəndikdən sonra hamiliyində olan başçının onun başı üzərindən iş görməsinə çox qəzəblənib. Buna görə də Kərəm Həsənov qardaşı, deputat Malik Həsənovu Cəlilabada göndərib. Hətta Cəlilabad məmurları baş verənləri biabırçılıq kimi qiymətləndiriblər.

Verilən məlumatda bildirilir ki, Namiq Zeynalov İcra Hakimiyyətində hazırda boş qalan başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə şöbə müdirlərindən birini təyin etmək istəyib. Başçının boş qalan müavinlik postu vəzifəsində Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Sabir Hüseynovu görmək istədiyi bildirilir. Buna görə şöbə müdirinin sənədlərinin Prezident Adminstrasiyasına göndərildiyi deyilir.

İcra başçısının heç kəslə məsləhətləşmədən özünə müavin təyinatı həyata keçirtmək arzusu isə ona baha başa gəlib. Namiq Zeynalovun bu özfəaliyyəti onun hamiləri olan Həsənov qardaşlarının heç də xoşuna gəlməyib. Məlumata görə Namiq Zeynalovun bu hərəkəti Cəlilabad rayonunun millət vəkili Malik Həsənovun etirazı ilə qarşılanıb və təcili rayona gələn deputatın icra başçısının otağında ona acıqlandığı haqda rayonda söz söhbətlər gəzir.

Məsələ ilə bağlı saytımızı bilgiləndirən mənbəmiz iddia edir ki, Cəlilabad rayon icra başçısının müavini vəzifəsinə Malik Həsənovun öz namizədi var. Ancaq seçkilərdən sonra Namiq Zeynalov qəflətən şöbə müdiri Sabir Hüseynovu özünə müavin təyin etmək qərarına gələrək onun sənədlərini Adminstrasiyaya göndərtdirib.

İcra başçısının bu qərarından xəbər tutan deputat Malik Həsənov isə Namiq Zeynalova qəzəblənərək onu başa salıb ki, Cəlilabad rayonunda onlardan icazəsiz hansısa bir qərar qəbul etmək onun həddi deyil.

Bu məlumatda adı keçən vəzifəli şəxslərin mövqeyini dərc etməyə hazırıq.

//Azfakt.com
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu