Ağcabədi “MERO”-da rüşvət tüğyan edir - VİDEO
Bolge
Oxunub: 3 743
30 apr 2018 | 12:27
Ağcabədi “MERO”-da rüşvət tüğyan edir - VİDEO














Baş Dövlət Yol Polis İdarəsinin İmtahan və Qeydiyyat İdarəsinin tabeçiliyindəki "mero” kimi tanınan İmtahan və Qeydiyyat Şöbələrində rüşvət və korrupsiya halları barədə mütəmadi olaraq məlumatlar, bəzən isə həvəskar çəkilişlə qeydə alınmış video görüntülər yayılmaqdadır.
XəzərNews.az bildirir ki, "Reportyor.info” ya daha bir həvəskar çəkiliş göndərilib. Söhbət Ağcabədi Rayonlararası İmtahan və Qeydiyyat İdarəsinin rəis müavini Qasımov Yusif adlı polis mayorunun xidməti otağında texniki baxışdan keçmək üçün müraciət edən vətəndaşdan 40 manat rüşvət alması görüntülənir. Avtomobillər bayırda qarajlarda deyil, Q.Yusif müəllimin özəl kassasına ödənilən həmin məbləğlə pilka alması bu sahəyə rəhbərlik edən Mübariz Şahbazov kimi, həmin idarənin rəisi Babək Mərdanov kimi işbazların cibini doldurmağa xidmət edir.

Hörmətli Cənab Nazir, rüşvət videosunda izlədiyiniz bu zabit hər yerdə özünü sizin qohumunuz kimi təqdim etməklə məşğuldur. Siz hər zaman Azərbaycan Respublikası qarşısında, qanunun aliliyi naminə heç bir şəxsi münasibətlərə, qohumluq əlaqələrinə önəm vermədən şərəfiniz və vicdanınızla xidmət aparırsınız və biz inanırıq ki, Siz Azərbaycan Respublikasının Daxili İşlər Orqaqnlarına ləkə gətirən belə əməkdaşlara qarşı həmişə olduğu kimi, barışmaz mövqe və təxirəsalmaz tədbirlər görməklə layiqli cəzalandıracaqsınız.

Sizin milli dövlətçiliyimizə və Cənab Prezidentə nə qədər bağlı və sadiq olmağınız heç kimə sirr deyildir. Ancaq bununla yanaşı, bu gün ürək ağrısı ilə izlədiyimiz bu qanunsuz hərəkətlərə yol verən polis əməkdaşlarının belə xoşagəlməz fəaliyyəti ətrafdan izləyənlər üçün həm Sizin bir rəhbər olaraq DİN-dəkı xidmətlərinizə, həm də onların sizə qarşı olan etimadlarına kölgə salındığı kimi göründüyünü diqqətinizə çatdırmağı borc bilirik.

Əziz oxucular, izləyəcəyiniz video görüntü idarənin rəis müavini Yusif adlı polis mayorunun xidməti otağında qeydə alınıb. Xidməti iş otağında yüksək səsli musiqi dinləyən işbaz mayor həm buranı istirahət otağına çevirib, həm də elədiyi belə qanunsuz söhbətlərin qeydə alınması təhlükəsini azaltmağa çalışması kimi başadüşülür. Bütün hallarda bir polis mayorunun xidməti iş otağında yüksək səslə musiqi dinləməsi etik normalara ziddir. Vətəndaşlar otağa daxil olmağına baxmayaraq həmin musiqi səsini dinləməkdə davam edən mayor əvvəl zarafatyana maşını yoxlamadan keçirin desə də sonradan otağına geri çağırtdırır və iş yerində özəl söhbətlərə, qeyri-ciddi danışıqları ilə yadda qalır. Avtomobilə heç bir baxış keçirmədən sənədləşmə işini qurtardıqdan sonra borcumuz nə olacaq sualına, polis mayoru qonaq olun deməsilə sanki özünü bir restoran müdiri kimi göstərir.Bunun ardınca vətəndaş təkrar olaraq nə qədər pul verəcəyini soruşduqda "QIRX” deyir. Video görüntüyə də diqqətlə baxdıqda açıq şəkildə görünür ki, vətəndaş cibindən iki ədə 20 manatlıq əskinas çıxararaq Q.Yusif müəllimin masası üzərinə qoyur.

Beləliklə polis mayorunun dinlədiyi həmin NEYin SƏSİ bizim saytımız vasitəsi ilə ölkənin sosial şəbəkələrindən gəldi. NEYİN SƏSİ musiqisi sədaları altında lentə alınmış bu video görüntünün səsinin daha hansı orqanlarından gələcəyini isə təbii olaraq zaman göstərəcəkdir.


Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu