Atası sürətçi, oğlu qumarbaz… təhsil şefi icra başçısı olmaq eşqində – Şok qalmaqal
Bolge
Oxunub: 688
27 apr 2018 | 11:40
Atası sürətçi, oğlu qumarbaz… təhsil şefi icra başçısı olmaq eşqində – Şok qalmaqal














Kəlbəcər rayon təhsil şöbəsinin müdiri Elmira Şükürova yenə icra başçısı olmaq eşqinə düşüb

FİA.Az-ın əldə etdiyi məlumata görə, Ağdamın icra başçısı olmaq şansını qaçırmış təhsil şefi indi bəxtini Kəlbəcərdə sınayır.

Ağdamın keçmiş təhsil şöbəsi rəhbəri bu rayona icra başısı getmək istəyirdi. Hətta Kəlbəcərin deputatı Cavid Qurbanova pul verdiyi iddia edilirdi.

Ancaq proseslər onun əleyhinə işlədi.

Oğlunun adının qumarda keçməsi, təhsil şefi kimi fəaliyyətində yeyintilərə yol verməsinə görə ona etimad göstərilmədi.

Ağdam rayon Təhsil Şöbəsinin müdiri postundan Kəlbəcər rayon Təhsil Şöbəsinə “perevod” alan Elmira Şükürova burada özünün “Ağdam təcrübəsini” tətbiq etməyə çalışır.

Xatırladaq ki, Ağdam təhsilinə rəhbərlik etdiyi uzun illər ərzində Elmira Şükürovanın adı bir sıra qalmaqallı maliyyə maxinasiyalarında hallanıb.

Görünür, Elmira xanım indi həmin “ənənələri”ni Kəlbəcərdə də bərqərar etmək istəyir.

Bu yöndə onun atdığı ilk addım isə yeni təyinat alarkən məktəb direktorlarının hər birindən ilkin olaraq 500 manat yığaraq onlara 3 ay vaxt verməsi olmuşdu.

Elmira Şükürova 15 il idi ki, Ağdam təhsilinə başçılıq edib. Bu illərdə onun adı bir çox korrupsiya faktlarında hallanıb.

Ümumiyyətlə isə Ağdamda son 10 ildə təhsilin səviyyəsi çox aşağı səviyyədə olub və xanım müdirənin adı ayrı-ayrı rayonlarda adı olub özü olmayan saxta məktəblərin saxlanılmasında hallanıb. Bu yolla isə hər il dövlət büdcəsindən külli miqdaprda vəsait mənimsənilib.

Xatırladaq ki, Elmira Şükürova əslən Kəlbəcər rayonundandı. O, Azəbaycan Dəmiryolları ASC-nin sədri Cavid Qurbanovun qohumudur.

Elmira Şükürovanın atası Əvəz Şükürov isə 1993-95-ci illərdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı olub.

1995-ci ildə keçmiş Baş nazir Surət Hüseynov dövlət çevrilişinə cəhd göstərdiyi zaman Surət Hüseynovu dəstəklədiyi üçün mərhum prezident Heydər Əliyev tərəfindən vəzifədən alınıb.

FİA.Az xəbər verir ki, E.Şükürovanın oğlu qumarda 200 min manat uduzmaqda adı hallanırdı. Buna görə vəzifəsindən çıxarıldı.

Elmira Şükürovanın Gəncə Məhkəməsində işləyən övladı Emin Bayramov «Topaz»ın əsas müştərilərindən biri hesab olunur.

Elmira Şükürova heç də imkansız biri olmayıb və onun külli miqdarda sərvətə malik olduğu da sirr deyil.

Həmin məlumatlara görə, sözügedən şəxs Ağdamda işlədiyi zaman Bərdə şəhərində bir neçə iri obyekt alıb.

Araşdırmalar zamanı o da bəlli olub ki, təhsil şöbəsinin müdiri həmçinin Ağdam-Bərdə yolunun üzərində iri heyvandarlıq kompleksinin də sahibi kimi tanınıb. Uzun müddət fəaliyyətdə olan bu kompleks sonradan satılıb.

Özü də Elmira Şükürova Kəlbəcərə təhsil şöbəsinin müdiri getdiyi ərəfədə. Görünür, ona pul lazım olub.

Bu səbəbdən də illərlə əziyyət çəkib, yaratdığı əsas gəlir mənbələrindən birini satmalı olub. Bu satışın əsas səbəbi isə olduqca maraqlıdır.

Bu reputasiya və bioqrafiyaya malik məmura prezidentin etimad göstərib Kəlbəcərin icra başçısı təyin edəcəyi inandırıcı görünmür.

E.Şükürova yenidən C.Qurbanov əlaqələrindən istifadə etməyə çalışır. Amma bu cəhdləri suya düşməkdədir.

O, Ağdam Təhsil Şöbəsinə rəhbərlik etdiyi neçə illər ərzində saysız-hesabsız qanun pozuntularına imza atmışdı.

Bunu nəzərə alan Maliyyə Nazirliyinin əməkdaşları bir neçə ay əvvəl şöbədə yoxlama aparıb.

Yoxlama zamanı dövlət büdcəsindən təhsil şöbəsinin saxlanması üçün ayrılan vəsaitlərin təyinatı üzrə xərclənmədiyi aşkar edilib.

Bununla bağlı maliyyə naziri Samir Şərifova məruzə edən nazirlik işçiləri şöbə müdirinin barəsində sərt tədbirlərə imza atmaq istəyiblər.

Nazir tərəfindən də bu işə razılıq verilib. Amma son anda yüksək rütbəli şəxslərdən birinin məsələyə qarışması Elmira Şükürovanın həbs təhlükəsindən yayınmasına kömək olub.

Belə ki, şöbə müdiri vəzifəli şəxslərdən biri ilə qohumdur. Deyilənə görə, onun Kəlbəcər Rayon Təhsil Şöbəsinə müdir təyin olunmasında həmin məmurun böyük rolu olub.

Əslində, xanım Şükürova bu günə kimi həyata keçirdiyi özbaşına əməllərinə görə yeni vəzifə ilə təmin edilməməli idi. Bu ittihamlarla bağlı xanım təhsil şöbəsi müdirinin mövqeyini dərc etməyə cəhd edəcəyik.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu