Canınız cəhənnəmə, sizə qaz vermirik, gedin odununuzu doğrayın - GİLEY
Bolge
Oxunub: 500
19 apr 2018 | 21:15
Canınız cəhənnəmə, sizə qaz vermirik, gedin odununuzu doğrayın - GİLEY
















Ölkənin mavi yanacaqla tam təmin olunması prosesi yekunlaşmaq ərəfəsində olsa da hələ də mavi yanacağın istisinə həsrət qalan insanlar, yüzlərlə ailələr var, onlarla kənd və qəsəbə v ar.

Belə kəndlərdən biri də Neftçala rayonu Astanlı kəndidir. Kəndə qonşu olan digər kəndlərdə mavi yanacaq olsa da sözügedən kəndin 300-ə yaxın ailəsi yanacaq üzünə həsrət qalıb.
Bununla bağlı BiG.AZ-a müraciət edən Astanlı kənd sakini, 70 yaşlı pensioner müəllim Məmmədov Ələkbər Səftər oğlu uzun illərdir mavi yanacağa həsrət qaldıqlarını, illərdir bu məsələ üçün döymədikləri idarə qapıları qalmadığını bildirib. O qeyd edib ki, rəsmi müraciətlər edilsə də ona heç bir cavab verilməyib.

Bundan əlavə şikayətçi bildirib ki, rayon üzrə bütün kəndlərdə qaz xətti çəkilib. Amma təkcə Astanlı kəndinə qaz xətti çəkilməyib. Cəmi 13 ailə Sovet dönəmindən qalma xəttlər vasitəsilə mavi yanacaq verilib və kəndimizi qazlaşdırılmış kənd kimi qələmə verərək digər sakinləri və hökuməti aldadırlar:

"“Azəriqaz”, "Socar", deputatımız və icra hakimiyyəti bu gün sabah deyə-deyə bizi yola verir. Ancaq mənim əldə etdiyim məlumata görə bizim kəndin qazlaşdırlma problemi kağız üzərində artıq həll olunub. Guya bizim kənddə qaz problemi həll edilib və bütün sakinlər mavi yanacaqla təmin edilib. Bizim kəndimizdə 300 ailə məskunlaşıb. Bundan 13 evə SSRİ-dən qalmış xəttlər çəkilib. Həmin 13 evin timsalında “Azəriqaz” ASC bildirir ki, güya bütün kənd qazlaşdırılıb. Mənə elə gəlir ki, burda böyük yeyinti olub. Bütün qonşu kəndlərdə qaz var. Əsas gülməli olan odur ki, qaz xətti bizim kəndin içindən keçir.Bizi niyə aldadırlar? Biz soyuqdan yaşaya bilmirik. Ayda 100 manat işıq pulu ödəyirəm. 250 manat pensiyamın 150-ni kommunala gedir. Müraciət etmədiyim idarə qalmayıb. Elə 100 manat təkcə göndərdiyim ərizələrə pul vermişəm. Onlara da cavab verilmir. Bütün kənd çıxılmaz vəziyyətdə qalıb. Yaşımızın bu vaxtında yığılıb mitinq edək? Bizi niyə yol kəsməyə, mitinq etməyə, ayağa qalxmağa vadar edirlər?! Biz problemi demokratik yolla həll etmək istəyirik. Bizə bir konkret cavab verilsin, ya desinlər canınız cəhənnəmə, sizə qaz vermirik, gedin odununuzu doğrayın, biz də işimizi bilək, ya da desinlər ki, 5 aya, 1 ilə qaz xətti çəkiləcək”.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu