SHXÇDX-nin AĞSU RAYON ŞÖBƏSİNDƏ “AÇIQ BAZAR” YARADILIB-ÖZƏL
Bolge
Oxunub: 841
17 apr 2018 | 13:10
SHXÇDX-nin AĞSU RAYON ŞÖBƏSİNDƏ “AÇIQ BAZAR” YARADILIB-ÖZƏL















Heç kimə sirr deyil ki, bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) bir çox yerli şöbələrində neqativ hallar, ciddi nöqsanlar müşahidə olunmaqdadır.

Misal kimi, mayor Nizami Heybətovun rəisi olduğu Ağsu rayon şöbəsini göstərmək olar. Belə ki, Səfərbərlik Xidmətinin adıçəkilən şöbəsinin rəisinin üzərinə düşən işi layiqincə icra etmədiyini vurğulayan məlumatlı şəxsin verdiyi informasiyada deyilir ki, Nizami Heybətov hərbi xidmətdən yayınmağa meylli olan vətəndaşlara saxta hərbi biletlərin təqdim olunması işini əməlli-başlı biznes fəaliyyətinə çevirib. Hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsində acınacaqlı vəziyyət hökm sürdüyünü iddia edən mənbənin sözlərinə görə, xidmət rəisi nöqsanlı əməllərə imza ataraq əhalinin ciddi narazılığına səbəb olub: «Deyilənlərə görə, hər çağırış dövrü Səfərbərlik Xidmətinin Ağsu rayon şöbəsində sanki bazar açılır. Şöbə rəisi Nizami Heybətov üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən gələ bilmir. Ən ciddi problem isə çağırışçıların tibbi müayinədən keçirilməsi ilə bağlıdır. Bildirilir ki, Ağsu rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış şöbəsinin tərkibində fəaliyyət göstərən hərbi həkim komissiyasının sədri və üzvləri Nizami Heybətovla əlbir olaraq hərbi xidmətdən yayınmaq istəyən gənclərin işini həll edirlər. Belə ki, həkimlər «niqodnıy» bilet almaq istəyən çağırışçıları saxta sənədlər əsasında xəstə çıxarıb hərbi xidmətə yararsız hesab edirlər. «Niqodnıy» hərbi biletin əldə olunması isə baha başa gəlir. Bu sahədən əldə olunan gəlirin bir hissəsi şöbə rəisinə çatır. Onu da nəzərinizə çatdırım ki, burada baş verən qanun pozuntularına daha çox hərbi xidmətə çağırışdan möhlət hüququ verən halların düzgün müəyyənləşdirilməməsi müstəvisində rast gəlmək mümkündür. Deyilənlərə görə, belə hallar yalnız Səfərbərlik Xidmətinin Ağsu rayon şöbəsinin rəisi Nizami Heybətovun razılığı ilə yarana bilər». Bu gün Ağsu rayon qeydiyyatında olan əksər şəxslərin sağlam olduqları halda Nizami Heybətovla dil taparaq həqiqi hərbi xidmətdən yayınmağı bacardığını deyən məlumatlı şəxs qeyd edir ki, SHXÇDX-nin Ağsu rayon şöbəsinin bəzi əməkdaşları öz işinə məsuliyyətsiz yanaşır, səhlənkarlıq edir, bəzi hallarda isə cinayət tərkibli əməllərə yol verirlər: «Deyilənlərə görə, Səfərbərlik Xidmətinin Ağsu rayon şöbəsində sağlamlığında müxtəlif qüsurlar olan çağırışçıların hərbi xidmətə yola salınması sanki adi hal alıb. Ağsulular bildirirlər ki, hərbi bilet almağın, yəni sağlam çağırışçının «komsovat» edilməsi təxminən 8-10 min «təşəkkür»ə başa gəlir. Əgər bütün bu deyilənlərlə bağlı müvafiq qurumlar tərəfindən obyektiv və genişmiqyaslı yoxlama aparılarsa, o zaman Nizami Heybətovun rəisi olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsində son zamanlar neqativ halların artdığı, nəzarət mexanizminin itdiyi və digər nöqsanların mövcudluğu üzə çıxa bilər. Bu isə Nizami Heybətovun vəziyyətini xeyli qəlizləşdirə, hətta onun həbs təhlükəsilə üz-üzə qalmasına səbəb ola bilər».
ismaric.az
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu