Vətəndaşdan Səlim Müslümova ŞİKAYƏT
Bolge
Oxunub: 961
15 apr 2018 | 23:50
Vətəndaşdan Səlim Müslümova  ŞİKAYƏT










Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Gömrük xidməti general-mayoru, iqt.e.namizədi, Səlim Yanvar oğlu Müslümov cənabına

Çoxhörmətli cənab Nazir !



Sizə 22 yanvar 2018-ci il tarixində ünvanladığım, Sizin və müavininiz İlqar Rəhimovun elektron ünvanlarınıza Əjdər Cəbiyevin “Kolanı mafiyası” barədə göndərdiyim ilk müraciətlərdən 33 gün keçməsinə və Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanunun 10.Müraciətə baxılması müddətinin də (10.1. Bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır.) keçməsinə baxmayaraq, hələ də mənə cavab verməməyinizi özümə qarşı təhqir, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının Növbədənkənar Prezident seçkilərinə qarşı isə ən azı hörmətsizlik kimi qəbul edirəm. Siz bəlkə də heç vaxt zindanlarda çürüyən MTN generallarından ola bilməzsiniz, lakin lazım gələrsə özünüzü onların yerində görməyi düşünməniz də pis olmazdı. Mənim kimi ahıl, taleyinə məcburi köçkün damğası vurulmuş bir ağsaqqalın müraciətinə məhəl qoymamaq əvəzinə son illərdə Eldar Mahmudovun, Cahangir Hacıyevin, Əli İnsanovun, Əli Abbasovun, Aydın Bəşirovun, Fərhad Əliyevin, Misir Mərdanovun, Səfər Əbiyevin, Fazil Məmmədovun, Ziya Məmmədovun və digərlərinin taleyini yaxşı-yaxşı düşünmək lazımdır. Bütün müraciətlərimdə Əjdər Cəbiyevin qeyri-düzgün kadr siyasətindən, “kolanı mafiyası” qurub yüzlərlə insanın hüquqlarını pozmasından fakt və sübutlarla yazmağıma baxmayaraq heç bir reaksiya verməməyiniz sırf onu müdafiə etməyiniz kimi anlaşılır. Siz anlayırsınız ki, Əjdər Cəbiyev Sizin rəhbərliyiniz altında sanki İspaniya Krallığının rəhbərliyi altında Kataloniya Muxtar Vilayətini yaradıb və heç kimə tabe olmadan hökmranlıq etmə əzmindədir ?!... Leyla Xanım Əliyevanın şəxsi təşəbbüsü ilə başlanmış "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyasının geniş vüsət aldığı bir ərəfədə Sizin Əjdər Cəbiyevi bu qədər müdafiə etməyiniz nə qədər düzgündür ?!... Sizin bütün bu hərəkətləriniz barədə möhtərəm İlham Əliyev cənablarına müraciət edərək Prezidentin Mətbuat Xidmətindən mütəmadi olaraq dəstək istəyəcəyəm. Sizə and verdiyim o qədər müqəddəs and yerlərinə, dövlət atributlarına və sonda analoqu olmayan Heydər Məscidində şəhid ailələri ilə görüş zamanı Mehriban Xanım Əliyevanın göz qapaqlarından süzülən göz yaşlarına qətiyyən hörmət qoymadınız. Sizin rəhbəri olduğunuz sığınacaqlarda imkansızlara, insanlardan fərqli olaraq sahibsiz itlərə qayğı göstərildiyi halda mənim kimi ahıl yaşımda növbədənkənar prezident seçkilərində seçici siyahılarında adımın olmasını, yurd-yuvamdan didərgin düşməyimi nəzərə almadan o sahibsiz itlər qədər mənə dəyər vermədiyinizi, müraciətlərimi cavabsız qoymağınızı çox mənfi qiymətləndirirəm.

Cənab Nazir ! Bu məktubumu əsasən Sizə və İlqar Rəhimova göndərərək bildirmək istəyirəm ki, bütün bu qanunsuz hərəkətlər barədə Ölkə Başçısına, I Vitse-Prezidentə, General Mədət Quliyevə və digər müvafiq instansiyalara həm poçt, həm də internet vasitəsilə faktlara əsaslanmış müraciətlər ünvanlayacağam və onlardan köməklik istəyəcəyəm. Ümidvaram ki, bu dəfə bu müraciəti diqqətlə oxuyacaqsınız. Sağ olun !



Dərin ehtiramlarla , 84 yaşlı məcburi köçkün Əliyev Baxış

24 fevral 2018-ci il. S.Vurğun, 24/35. tel.№ 055-554-14-44
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu