İcra başçıları vətəndaşlara necə qənim kəsilib... - GİLEY
Bolge
Oxunub: 623
13 apr 2018 | 17:51
İcra başçıları vətəndaşlara necə qənim kəsilib... - GİLEY
















İcra hakimiyyətlərinin özbaşınalığı,səlahiyyətini azması-aşması,hətta vəzifəsinin nədən ibarət olmasını bilməməsi günümüzün acı gerçəyidir. Bu azğınlıqdan, özbaşınalıqdan ziyan çəkən isə, təbii ki, sıradan vətəndaşlardır. Torpaq, tikinti, yaşayış sahəsində daha qabarıq üzə çıxan icra özbaşınalığından, bu sahədəki korrupsiyadan nəzarətedici, bağlantılı qurumlar bilgili olsalar da daha çox susmağa üstünlük verildiyindən vətəndaşlar çıxış yolunu qanunsuz sövdələşmələrdə görür.Qanunsuz yolu seçməyənləri isə ya intihara çatdırırlar,ya da dəlixanaya.

20 Yanvar əlili Kifayət Qurbanova 10 ildir Binəqədi rayonunun Xocahəsən qəsəbəsində pulu ilə bələdiyyədən torpaq alıb, özünə ev tikib. İndi 3 ildir bu evin nə qeydə alınmasına, nə də layihə əsasında yenidən qurulmasına Binəqədi rayon İcra Hakimiyyəti saxta qanunvericilik əsası ilə imkan vermir. Maraqlıdır ki, 20 Yanvar əlili xanımın qonşuluğundakı evlər qeydə alınıb, amma əlilin öz pulu ilə aldığı əmlakını qanunsuz edib evini sökməklə hədələyirlər. İstənilən halda prezidentin qanunsuz tikililərin sənədləşdirilməsi haqqında sərəncamına uyğun olaraq 20 Yanvar əlilinin evini icra hakimiyyəti sökə bilməz. Bu bir. İkincisi də necə olur, qonşuluqdakı evlər qeydə alınır, amma əlilin evi “buldozerə qonaq edilir”?

4-5 il öncə Sabunçu RİH Bakıxanov qəsəbəsində yaşayan 2-ci qrup Qarabağ əlili Güloğlan Süleymanovdan 50 ilin evini öz hesabına layihə əsasında yenidən tikməsinə 20 min manat istəyib, ”güzəştlə” 10 minə düşmüşdü. Axırı Qarabağ əlilini canından bezdirəndən, intihar təhlükəsindən sonra 2 il qabaq G.Süleymanov evini yenidən tikə bildi. Basında Sabunçu RİH-in özəl torpağı olan sakindən hasar çəkməyə torpağın hər sotuna 2500 manat tələb etməsi barədə yazılar gedib. Tanınmış vəkil Aslan İsmayılov qanunun tələbini başa salandan sonra isə RİH-in göstərişilə torpağa dövlət qeydiyyatının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində etibarsız sayılması qərara alınıb və vətəndaş “komunxoz” Həbibin qərarı ilə torpağından məhrum olunub. Belə də deyiblər, qaş düzəltmək istəyirdi, gözünü çıxardı. Belə çıxır, tikintiyə “JEK”, zibildaşıyan qurum icazə verir?!

Bu sətirlərin yazarının 26 il qabaq icarə müqaviləsilə istifadəsinə verilən bağ evində yardımçı tikili tikməsinə də Sabunçu RİH torpağın özəlləşməməsini əsas gətirirək yol verməyib. Fikir verin, torpağını özəlləşdirənin qeydiyayatını ləğv etdirirlər, icarəçidən isə özəlləşdirmə sənədi tələb edirlər! Bəs qanun nə deyir?

Azərbaycan Respublikasının 29.06.2012 tarixli “Şəhərsalma və Tikinti Məcəlləsi”inin 4.3 və 5.2 maddələrində şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətini və dövlətin səlahiyyətlərini Prezidentin 04.09.2012 tarixli 695 saylı fərmanına əsasən Fövqəladə Hallar Nazirliyinin (FHN),Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin,yerli icra hakimiyyəti orqanlarının həyata keçirməsi təsbit olunub.Sözügedən Məcəllənin 79-cu (“Tikintisinə icazə tələb olunmayan tikinti obyektləri”) maddəsində mülkiyyətdə,icarədə və istifadədə olan torpaq sahəsində hündürlüyü ən çoxu 5 metr,sahəsi 100 kvadrat metr olan yardımçı tikililərin və s.tikintisinə icazə tələb olunmur.Bu ölçülərin hədlərini keçən tikililərə isə məlumatlandırma icraatı tətbiq olunur.Məcəllənin 80-ci (“Məlumatlandırma icraatı”) maddəsində mərtəbələrinin sayı 3-dən,hündürlüyü 12 metrdən,aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisinə icazə tələb olunmadığı,yalnız məlumatlandırma icraatının həyata keçirildiyi və tikintinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanmasının tələb olunduğu yazılıb.80.4 maddəsinə görə sifarişçi,yəni tikinti aparan şəxs niyyətini müvafiq icra hakimiyyəti orqanına (prezidentin fərmanına görə yerli icra hakimiyyətinə) bildirir və memarlıq planlaşdırma bölməsini bu orqana təqdim edir. 1 ay müddətində irad bildirilməsə,sifarişçi tikintiyə başlaya bilər.

Göründüyü kimi, icra hakimiyyətlərinin, özü də “JEK”ləri “nəzarətçi” etməklə tikintiyə icazə tələb edib tikintini dayandırmaları qanunsuzdur. Məcəllənin 80.5 maddəsində barəsində məlumatlandırma icraatı tələb olunan obyektlərin qanuna uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı adından FHN-in həyata keçirməsi yazılıb. Bəs FHN səlahiyyətinin mənimsənilməsinə niyə göz yumur? Bəs Dövlət Şəhərsalma və Arxitektura Komitəsi hara baxır? Niyə Qarabağ əlilləri və şəhid ailələri üçün tikilən evin 4 yandan bir metr aralıqda hasarlanmasına, pandüsün olmamasına, otaqların divarlarının hündürlüyünün normadan(ən azı 2,7 metr) az olmasına, adi kanalizasiyanın belə çəkilməməsinə, sosial infrastrukturla təmin olunmamasına, yanğından təhlükəli olmasına hüquq qiyməti verilmir, amma əlil özünə sığınacaq tikəndə qanunsuz icazə tələb olunur? Necə olur, icra başçıları, rayon təsərrüfat şöbəsinin müdirləri və s.hektarlarla torpağı ələ keçirir, zəbt etdikləri əlillərin yaşayış ,bağ evlərinin yerində-yanında çöxmərtəbəli qəsrlər-villalar tikir,amma bağlantılı qurumlar susur?

Elə intiharların bir nədəni də icra-“JEK” özbaşınalığından, reketliyindən qaynaqlanır. Nə yazıq ,vətəndaşların ölüm həddinə çatdırılmasına prokurorluq hüquq qiyməti vermədiyindən həm intiharlar artır,həm də icra başçıları, onların əlaltıları daha da azğınlaşır. Elə Qarabağ əlilini intihar həddinə çatdıran Sabunçu RİH-in vəzifəli şəxslərinə də 5 aydır qanunun zoru tətbiq olunmayıb .Deyəsən,ölkədə ən yüksəq hüquqi qüvvəyə malik olan qanun Konstitusiya yox,”JEK”lərdir.Hələ Konstitusiyanın qüvvəyə minməsi icra hakimiyyətlərinin hüquqi statusu olmayan “JEK”ləri ilə razılaşdırılmayıb...

Məğrur BƏDƏLSOY \\hurriyyet.org\\
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu