İsmayıllı və Ağsu meşələri soyqırıma məruz qalıb – Əlirza Əliyev isə “iş başında”
Bolge
Oxunub: 1 437
7 apr 2018 | 10:46
İsmayıllı və Ağsu meşələri soyqırıma məruz qalıb – Əlirza Əliyev isə “iş başında”














Bir neçə ay öncə Ağsu və İsmayıllı rayonlarında təbiətə qənim kəsilənlər və yaranmış ekoloji fəlakətlə bağlı qısa məlumat vermişdik. Realliqinfo.org -a müraciət edən vətəndaşlar yaranmış ekoloji durumdan narahatçılıq ifadə edərək özbaşınalığa son verilməsini xahiş etmişdilər. Həmin yazıda qeyd olunurdu ki, rayon ərazisindən keçən “Ağsu çayı” ekoloji fəlakətə səbəb ola bilər. Rayonun mərkəzindən keçən çayın hər yerinə zibillər axıdılır. Rayon icra hakimiyyətinin tabeçiliyində olan qurumlar yaşayış məntəqələrindən yığdıqları zibil və tullantıları çaya boşaldır.

Realliqinfo.org – un əməkdaşının apardığı araşdırmalarda göstərilirdi ki, “Vətəndaşların müraciətlərində qeyd olunanlar həqiqəti əks etdirir. Rayonun mərkəzindən keçən çayın ətrafı zibilxanaları xatırladır. “Ağsu çayı”nı zibil anbarını çevirənlərin cəzasız qalması vəziyyəti daha da ağırlaşdırıb. Hazırda çayın yaşayış məntəqələrinə yaxın olan ərazilərində baş alıb gedən özbaşınalıq Ekologiya və Təbii Sərvətlər nazirliyini narahat etmir. Məsələ ilə bağlı nazirliyə ünvanladığımız sorğular nəticəsiz qalıb. Nazirlik 11 saylı Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri Əlirza Rza oğlu Əliyevin yaxşı işçi olduğunu önə çəkərək rayon rəhbərliyini ittiham edir.

İsmayıllı və Ağsu meşələri soyqırıma məruz qalıb – Əlirza Əliyev isə “iş başında”


Bu yazıdan sonra redaksiyamıza İsmayıllı rayonundan müraciətlər daxil olmaqdadır. Müraciətlərdə bildirilir ki, rayon meşələri ekologiyamızın düşmənləri tərəfindən soyqırıma məruz qalıb. 11 saylı Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri Əlirza Əliyevin himayəsi altında məhv edilən meşələr təbii fəlakətin yaranmasına səbəb olub.

İsmayıllıda nadir ağacların kəsilməsi və işbazlar tərəfindən müxtəlif məqsədlərlə satılması adi hala çevrilib. Bununla yanaşı meşənin münbit torpaqlarının satışını təşkil edən Əlirza Əliyevin qanunsuz fəaliyyətinə aidiyyatı qurumlar və Ekologiya nazirliyi susmaqla şərait yaratmaqdadır.
Rayonun meşə ətrafı kəndlərini əhatə edən meşələrin nəzarətçilər tərəfindən məhv edilməsi Əlirza müəllimin qazancını artırsada ağacların sayının azalmasına və torpaq sürüşmələrinə səbəb olmaqdadır. İllər hesabına başa gələn meşələrin bir məmurun maraqlarına qurban verilməsi ETSN rəhbəri Hüseynqulu Bağırovu narahat etməlidir.

İsmayıllı və Ağsu meşələri soyqırıma məruz qalıb – Əlirza Əliyev isə “iş başında”

Ağsudan Realliqinfo.org – a daxil olan məlumatda isə qeyd olunur ki, Ə.Əliyev tabeçiliyində olan Babək adlı işçini rayona göndərək faktları ortadan qaldırmaq yerinə öz qanunsuz tələblərini irəli sürüb. Babək adlı məmurun rayon idarələrini və obyekt sahiblərini hədələyərək “hörmət” tələb etməsi ciddi narazılığa səbəb olub. Bu şəxsin qanunsuz tələbləri nəticəsində yaranmış narazılıqlar Ekologiya və Təbii Sərvətlər nazirliyinə çatdırılıb. Nazirlik tabeçiliyində olan 11 saylı Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri Əlirza Əliyevin qanunsuz fəaliyyətinə və Babək adlı əməkdaşının qoçuluğuna susmaqla cavab verməsi bizim üçün də qaranlıq qalır. Məsələnin bir tərəfi aydındır ki. qanunlardan üst tutulan Əlirza Əliyev cəzasızlıq mühitində qanunsuz əməllərini genişləndirməkdədir.
İsmayıllı və Ağsu meşələri soyqırıma məruz qalıb – Əlirza Əliyev isə “iş başında”

İsmayıllı və ətraf rayonlarda yaşıllıqların məhv edilməsi haqlı narazılıqların yaranmasına səbəb olub. Ekologiya və Təbii Sərvətlər nazirliyinin əvəzolunmaz və sevimli kadrı Əlirza Əliyevin istəkləri nazir Hüseyn Bağırovun tapşırıqlarından öndə gəlir. Lakin biz Realliqinfo.org olaraq vətəndaşların müraciətlərinə və Əlirza Əliyevin qanunsuz fəaliyyətinə biganə qalmaq fikrindən uzağıq.
Yazıda qeyd olunanlara qarşı tərəfin münasibətini öyrənməyə cəhd etdik. Lakin Əlirza Əliyevin başı ağacların kəsilməsi və satışına qarışdığından sorğularımız cavabsız qaldı.
Mövzuya qayıdacağıq.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu