İcra hakimiyyəti şəhidin qəbrinə yürüşə icazə vermədi - Şəhid anasından ittihamlar
Bolge
Oxunub: 633
6 apr 2018 | 18:47
İcra hakimiyyəti şəhidin qəbrinə yürüşə icazə vermədi - Şəhid anasından ittihamlar















Qəbələ rayon İcra Hakimiyyəti məktəblər tərəfindən aprel şəhidi Sahil Şirinovun qəbrinin üstünə təşkil olunmuş yürüşə icazə verməyib.

Bu barədə BakuPost-a S. Şirinovun anası Şəhla Şirinova məlumat verib. Ş. Şirinova saytımızla əlaqə saxlayaraq bildirib ki, icra hakimiyyəti son anda zəng edib və yürüşün təşkil olunmasına icazə verilmədiyini bildirib. Şəhid anası deyib ki, tədbir üçün rayon Təhsil Şöbəsindən də icazə alınıb: "Bu gün 11:30-da hamımız yığışıb qəbir üstünə yürüş edəcəkdik. Qəbələnin bir neçə məktəbindən də şagirdlər gəlməliydi. Direktorlarla müəllimlər xüsusi avtobuslar tutmuşdu. Şagirdlər məktəblərin həyətinə yığışıb, avtobuslarla bizə gəlmək istədiyi vaxt icra hakimiyyətindən zəng gəlib ki, uşaqların ora aparılmasına icazə yoxdur. Şagirdlər hamısı qalıb məktəblərin həyətində”.

Şəhla Şirinovanın sözlərinə görə, şagirdləri gətirə bilməsələr də, müəllimlər özləri Sahilin qəbrinin üstünə baş çəkiblər. Lakin planlaşdırılan tədbir şagirdlər gəlmədiyi üçün baş tutmayıb.

Qəbələ rayon İcra Hakimiyyətinin informasiya təminatı və təhlil sektorunun müdiri Zahir Kərimov məsələ ilə bağlı BakuPost-a açıqlamasında deyib ki, sözügedən tədbirdən xəbərləri belə yoxdur: "Siz dəqiq şəhidin anası ilə danışmısınız? Mən təəccübləndim, doğrusu. Çünki hazırda Hərbi Komissarlıq anım günü ilə bağlı orada tədbir keçirir. Başqa bir təşkilat günün ikinci yarısı ora getməlidir. Mənə belə bir informasiyanın verilməsi təəccüblü gəldi. Çünki bu, həssas mövzudur. Bizim də diqqətimizdə olan mövzudur. Anım günü ilə bağlı rayonumuzda silsilə tədbirlər keçirilib. Məktəblərdə də olub. Şəhidin anası özü də iştirak edib. Rayon hərbi komissarlığı da hazırda orada tədbir keçirir.

Rayonun ümumtəhsil məktəblərində ora getmək istiqamətində fikir olsaydı, bu tədbir əvvəlcədən formalaşardı, xəbərimiz olardı, yolun təhlükəsizliyini təmin edərdik, onları avtobusla təmin edərdik, yolda sakitliyi təmin edərdik. Onları müşayiət edən polis maşınları təşkil olunardı. Heç bizim xəbərimiz olmayıb. Bəlkə valideyn əsəbiləşib deyə belə bir şey deyir?”

Z. Kərimov əməkdaşımızın "Bəlkə icra hakimiyyətinin xəbəri olmayıb deyə zəng edib təxirə saldırıb” sualına belə cavab verib: "Bu istiqamətdə nəsə informasiya olsaydı bir neçə gün əvvəldən biz zəruri köməkliyimizi göstərərdik”.

Qeyd edək ki, Sahil Şirinov 2016-cı ilin aprel ayının 2-də Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı şəhid olub. O, aprel ayının 6-da doğulduğu Qəbələ rayonunda torpağa tapşırılıb.
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu