Şəmkir Rayon İcra Hakimiyyətinin iki şöbə müdiri aranı qarışdırdı
Bolge
Oxunub: 799
5 apr 2018 | 10:39
Şəmkir Rayon İcra Hakimiyyətinin iki şöbə müdiri aranı qarışdırdı













Şəmkir Rayon İcra Hakimiyyətində ara qarışıb.AzEuroNews.com xəbər verir ki, başçının müavini, ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Abdullayeva Dubay istirahətindən qəzəbli qayıdıb. O, Dubayda istirahətdə olduğu günlərdə Şəmkir İcra Hakimiyyətinin digər məmuru – İnzibati Ərazi İdarətmə şöbəsinin müdiri Rasim Yaqub oğlu Mustafayevin də başı dərdə düşüb. O, Morula gedib və döyülüb, maşını sındırılıb. Redaksiyamıza daxil olan məlumata görə bir neçə gün əvvəl R.Mustafayevin ad günü olub. O, ad gününü qeyd etmək üçün özünün “Nissan Partol” markalı, Az 57 CD 557 nömrə nişanlı maşınla Morul kəndinə yollanıb. Həbsdə olan qaynının evinə gedən şöbə müdirini az sonra kəndin sakinləri söhbətə çağırıblar. Mübahisə zəmində R.Mustafayevə xəsarət yetirildiyi iddia olunur. Bildirilir ki, hadisə zamanı ona məsxus maşın yararsız hala salınıb və həmin gündən maşın yoxa çıxıb. Verilən məlumata görə R.Mustafayev baş verən insidentlə bağlı hüquq mühafizə orqanlarına məlumat verməyib. Bunu “əri həbsdə olan qadının evinə niyə getmişdin” sualına cavab verməmək üçün edib. Düşünüb ki, məsələ böyüsə, özünün xeyrinə olmayacaq…

Bu olay həm də Rasim Mustafayevin Şəmkirin icra başçısı Alimpaşa Məmmədovla torpaq alverinin təfərrüatını ortaya çıxarıb. Məlum olub ki, Rasim Mustafayev icra başçı ilə birgə yeni tikilən Şəmkir dəryaçasının ətrafında Seyfəli kəndinin örüş sahəsini tikinti üçün yüzlərlə şəxsə satıblar. Bu alqı-satqıdan təkcə Rasim Mustafayevin 3 milyondan çox qazanc götürdüyü bildirilir.

Başçının müavini Aynur Abdullayevanın əsəbiləşməsinin səbəbi də maraqlıdır. O, mətbuatda ozünün Dubay istirahəti ilə bağlı sosial şəbəkələrdə yaydığı fotoları haqda yazıları oxuyub və əsəbləri tarıma çəkilib. Başçı müavini hesab edir ki, otel odasındakı hamamdan yaydığı fotoları mətbuatda peyda olmamalı idi. Bunda özündən başqa hər kəsi günahkar bilir. Həmin fotoları sosiallaşdırıb ictimiyyətin diqqətinə gətirməsini isə adi hal sayır. Qeyd edək ki, A.Abdullayevanın paylaşdığı fotolarla birgə mətbuata şəmkirlilər adından belə bir mətn göndərilmişdi:

“Şəkildə gördüyünüz qız Şəmkir İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Abdullayevadır. Seçki qabağı hər kəs seçkiyə hazırlaşan vaxt bu qız Dubayda istirahət edir və qaldığı oteldəki hamamın şəkillərini sosial şəbəkələrdəki səhifələrində paylaşır. Onun bu hərəkəti hörmətsizlikdir. Bu qız özünü düşünmürsə , heç olmasa oturduğu kreslosunu düşünsün, şəmkirlilərə hörmət etsin. Gənc məmur xanımın hamam şəkillərini paylaşması nə qədər doğrudur?”

Redaksiaymıza daxil olan məlumatda deyilir ki, mətbuatda növbəti belə bir yazını iş yerində izləyən başçı müavini növbəti dəfə özündən çıxıb və iş masasındakı kompyuteri, telefon aparatını götürərək yerə çırpıb. Səs-küyə toplaşan iş yoldaşları isterik durumda olan başçı müavinini sakitləşdiriblər. Ona dövlətin puluna alınan kompyuteri, telefon aparatını alıb sındırdıqları ilə əvəzləməsini tapşırıblar.

Məsələ ilə bağlı Şəmkir İcra Hakimiyyətinin hər iki məmurunun mövqeyini yayınlamağa hazırıq.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu