İcra başçısı qaçqının evini yıxır: “Deyir, evinizi Sarkisyandan istəyin”
Bolge
Oxunub: 524
4 apr 2018 | 10:40
İcra başçısı qaçqının evini yıxır: “Deyir, evinizi Sarkisyandan istəyin”














Göygöl rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov Kəlbəcərdən olan məcburi köçkün ailəsinin evini sökdürür.


Bu barədə ailənin başçısı Akif İsgəndərov məlumat verib. Bildirib ki, 2009-cu ildə Xanlar qəsəbəsindən sənədlə aldığı torpaqda tikdiyi ev icra başçısıyla bələdiyyə arasındakı problemlə görə sökülür: "Həmin ildə pul verib Göygöl rayon Xanlar qəsəbəsindən 8 sot torpaq almışam. Torpaq da mənə sənədlə verilib. Elə 2009-cu ildə də ev tikmişəm. Artıq 5 ildir ki, həmin evdə yaşayırıq.

İndi bələdiyyə ilə icra hakimiyyəti arasında hansısa problem yaranıb. Aralarında pul davası var. Ona görə də bələdiyyə mənim evimi sökdürür”.

Zərərçəkənin sözlərinə görə, icra nümayəndələri aprelin 3-nə kimi evdən çıxmaları üçün onlara vaxt qoyub:"Problem yaranandan sonra Gəncə şəhər Məhkəməsinə müraciət etdim. Məhkəmə mənim xeyrimə qərar çıxartdı ki, ev sökülməsin. Amma sonradan onlar Ali Məhkəməyə verdilər. Təzyiqlər nəticəsində məhkəmə onların xeyrinə qərar çıxartdı. İcra işçiləri mənə 2 gün vaxt qoyublar. Deyirlər çıxmasan da evi sökəcəyik. Aprelin 3-ü sonuncu gündür. Mən də orada 100 minlik ev tikmişəm. Niyə sökürlər? Hətta mənə sığınacaq belə vermirlər. 2 körpə uşaqla ailəmi çölə atırlar. İcra işçilərinin də əlində məhkəmənin qərarı var. Ona görə də evi sökməyə ixtiyarları var. İcra başçısı və bələdiyyə isə heç bir tədbir görmür. Əgər beləydisə, niyə mənə vaxtında icazə verirdilər evi tikməyə? Qonşuluqda o qədər sənədsiz ev tikənlər var. Onların evləri sökülmür. Amma mənim evimi sökürlər. Niyə sökdüklərini də demirlər. Bir ailəni çöldə qoymaq bu qədər asandır?”

A.İsgəndərov məsələ ilə bağlı prezident İlham əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanladıqlarını qeyd edib. İsgəndərovlar ailəsi ölkənin rəhbər şəxslərindən onlara kömək etmələrini xahiş ediblər:"Cənab prezident məcburi köçkün ailələri üçün evlər tikdirir, onların şəraitinin yaxşılaşdırılması üçün tapşırıqlar verir. Amma yerlərdəki nümayəndələr biz köçkün ailələrinə qan uddururlar. İmkan vermirlər öz pulumuzla tikdiyimiz evimizdə rahat yaşayaq. Bizi hansısa davanın qurbanı edirlər. Deyirlər, gedin Ermənistandan Kəlbəcəri istəyin, qoy sizə ev versin. Bizi öldürməkdən betər ediblər. Belə getsə, evə od vurub içində ailəm və özümlə birlikdə yandıracağam”.

İcra başçısı qaçqının evini yıxır: “Deyir, evinizi Sarkisyandan istəyin”




Göygöl rayon İcra Hakimiyyətinin nümayəndəsi məsələ ilə bağlı açıqlamasında bildirib ki, ev Ali Məhkəmənin qərarı əsasında sökülür:"Həmin şəxs kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yaşayış evi inşa edib. Ona görə də qərar verilib ki, ev sökülsün. Bu da Ali Məhkəmənin qərarıdır”.

İcra nümayəndəsi "bəs icra hakimiyyəti kənd təsərrüfatı təyinatlı torpaq sahəsində ev tikilməsinə niyə icazə verib” sualına israrla "Ali Məhkəmə sökülməsinə qərar verib” cavabını verdi. (bakipost.az)
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu