Seçki ərəfəsində TƏXRİBAT - Nazirliyin işçisi YAP-ın fəallarını məhkəməyə verdi
Bolge
Oxunub: 617
19 mar 2018 | 13:36
Seçki ərəfəsində TƏXRİBAT - Nazirliyin işçisi YAP-ın fəallarını məhkəməyə verdi
















Yeni Azərbaycan Partiyasının Beyləqan rayon təşkilatının bir qrup üzvü AzFakt.com-a müraciət edərək haqsız yerə məhkəməyə verildiklərindən şikayət edirlər.

Yeni Azərbaycan Partiyasının fəallarının dediyinə görə, onları qorxutmaq, çəkindirmək məqsədi ilə məhkəməyə verən Kənd Təsərrüfatı Nazirliyinin İstehsalat Müəssisəsinin direktoru Çərkəz Şirinovdur.

"Ancaq biz pezident İlham Əliyevin daimi dəstəkçiləri olaraq ədalətdən qaçan deyilik və öz mübarizəmizi məhkəmədə də sona qədər aparacağıq"-deyə, şikayətçilər bildirirlər.

"Kənd Təsərrüfatı İstehsalat Müəssisəsinin direktoru Çərkəz Şirinov YAP üzvləri və prezident İlham Əliyevin siyasətini daim dəstəkləyən bizləri - Quliyev Xaliq Xosrov oğlu, Əliyev Əliyəddin Nuru oğlu, Sadıqov İbadət Hidayət oğlu, Hüseynov Qənimət Bahadur oğlu, Abbasquliyev Müslüm Əsəd oğlu, Əsədov Ceyhun Qəhrəman oğlu, İsmayılov Əliyar Qulam oğlunu birinci vitse -pezident Mehriban Əliyevaya mətbuat vasitəsi ilə müraciət etdiyimizə görə məhkəməyə verib. Bildirək ki, Birinci vitse-prezidentə ünvanladığımız həmin muraciətdə Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Tofiq Qocayevin Çərkəz Şirinovu himayə etdiyini və İstehsalat Müəssisəsinin direktorunun əməllərini nazir Heydər Əsədovdan gizlətdiyini qeyd etmişdik. Biz əminik ki, məhkəməyə verilməyimizi Çərkəz Şirinova Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Tofiq Qocayev tapşırıb. Çünki biz cənab nazir Heydər Əsədovun qəbulunda olaraq ona İstehsalat Müəssisəsində baş verən korrupsiya faktlarını bütün təfərrüatları ilə çatdırdıq. Hörmətli nazir bu sadaladığımız faktlardan əsəbləşərək müəsissədə təcili yoxlama aparılmasını və baş verənlərlə bağlı ona təfərrüatları məruzə olunmasını şöbə müdiri Tofiq Qocayevə həvalə etdi. Ancaq Tofiq Qocayev nazirliyin İstehsalat Müəssisəsində yoxlama aparılmasına mane olmuş və nazir Heydər Əsədova saxta məlumat vermişdir".

Şikayətçilər qeyd edirlər ki, onlar Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət etməklə Tofiq Qocayevin Heydər Əsədovu aldatdığını və Beyləqan İstehsalat Müəssisəsində onlara qarşı olan haqsızlığın qarşısnın alınmasını istəyiblər.

"Ancaq görünür bizim müraciətimiz Tofiq Qocayevi qorxuya salıb. Belə çıxır ki, şöbə müdiri nazir Heydər Əsədovu aldatmasının üstünün açılmasından qorxuya düşərək təcili şəkildə bizi məhkəməyə verməklə susdurmaq istəyir. Yeni Azərbaycan Partiyasının mətin üzvləri olaraq bildiririk ki, biz Tofiq Qocayevin bu tipli təzyiqlərindən zərrə qədər də qorxmur və əksinə Çərkəz Şirinovun Beyləqan İstehsalat Müəssisəsindən bizi haqssız yerə işdən çıxartdığı üçün məhkəməyə verməyə hazırlaşırıq. Biz bir daha dövlətimizin ali qanunlarına, ədalətə və dövlətimizi və xalqımızı bütün dünyada ləyaqətlə təmsil edən möhtərəm Prezidentimiz İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya güvənirik!-deyə, partiya fəalları vurğulayırlar.

Yazıda adı keçən şəxslərin mövqeyini yaymağa hazırıq.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu