Qubada başçı ilə müavin arasında çəkişmə… – İDDİA
Bolge
Oxunub: 798
13 mar 2018 | 14:00
Qubada başçı ilə müavin arasında çəkişmə… – İDDİA















Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev birinci müavini Yusif Abidovu vəzifəsindən azad etdikdən sonra indi də başqa bir müavinini- Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Nəsrulla Vəliyevi “qaralayıb”.
Bu barədə Qlobal.az-a rayondakı mənbə məlumat verib.
Məlumata görə, Ziyəddin Əliyev Qubaya başçı təyin olunduqdan sonra yerli mühitlə, insanlarla, rayonda fəaliyyət göstərən sahibkarlarla tanış olduqdan sonra Nəsrulla Vəliyevin rayonda böyük nüfuza sahib olduğu görüb. Nəsrulla Vəliyevin əslən Qubalı və insanlar arasında böyük nüfuzunun olması yeni başçıda ciddi olaraq narahatlıq, daha doğrusu qısqanclıq yaradıb. Buna görə də İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev əhalinin dolanışıq səviyyəsi ilə tanış olmaq üçün rayonun kəndlərinə etdiyi səfərlərdə son vaxtlar sosial-iqtisadi inkişafa birbaşa məsul olan müavini – Nəsrulla Vəliyevi özü ilə aparmır.
Məlumatda nümunə kimi Zərqava və Çiçi kəndlərinə edilən səfərlər göstərilir.
Digər məlumatda isə İcra başçısının müavinini hədəfə almasına səbəb Nəsrulla Vəliyevin hansısa məclisdə Ziyəddin Əliyevin Qubada çox duruş gətirə bilməyəcəyini, vəzifədən gedəcəyini deməsi olub. Deyilənə görə bu söz İcra başçısına çatdıqdan sonra tərəflər arasında ciddi gərginlik yaşanmaqdadır.
Qeyd edək ki, əvvəllər Rusiyada geniş biznes şəbəkəsinin olduğu deyilən Nəsrulla Vəliyev rayonda həm də imkansız insanlara kömək edən şəxs kimi tanınır.
Məsələyə Quba rayon İcra Hakimiyyətindən münasibət öyrəndik. İcra Hakimiyyətindən Quba rayonunda hər bir istiqamət üzrə sürətli inkişafın getdiyini bildirdilər. İcra başçısının kəndlərə etdiyi səfərlərdə sosial-iqtisadi məsələlər üzrə müavinini aparmamasını isə rayonda çoxşaxəli tədbirlərin keçirilməyi ilə əlaqələndirdilər.
Xatırladaq ki, ötən ilin dekabr ayının 2-də Quba rayon İcra hakimiyyətinə başçı təyin edilən Ziyəddin Əliyev 10 gün sonra birinci müavini vəzifəsindən azad etmişdi.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu