Neftçaladakı "balıq bazarı" ilə bağlı yeni qalmaqal
Bolge
Oxunub: 1 500
26 yan 2015 | 18:01
Neftçaladakı "balıq bazarı" ilə bağlı yeni qalmaqal


"Neftçala rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyev balıq bazarı uğrunda mübarizədə yeni metodlara əl atır."

Azerinfo.az bildirir ki, bu barədə Avropa.info-ya rayondakı balıq bazarının sahibi Məhəmməd Fərziyevin qardaşı Zakir Fərziyev məlumat verib.

Z.Fərziyev deyib ki, icra başçısının müavini Əlkömək Babayev rayon sanitar epidemioloji stansiyanın həmin bazar üzrə məsul nümayəndəsi Mələk Hüseynovayla əlbir olaraq bazarda işləyənləri cərimə ediblər.

O bildirib ki, bazarda işləyən 40 nəfərin ünvanına məktub göndərilərək məhkəmə orqanlarına dəvət olunublar.

Məktubda həmçinin həmin şəxslərə qarşı cərimə tətbiq olunduğuna dair məlumat yer alıb. Onların hər birinə 200-300 manat arası cərimə tətbiq olunub.
Z. Fərziyev həmçinin M. Hüseynovanın 3 gündür işə gəlmədiyini bildirib.

“M. Hüseynova təqaüddədir. O da başının ağrımasını istəmir. M Hüseynova və rayon icra hakiminin müavini Ə. Babayev cərimə tətbiq olunan şəxslərə bildiriblər ki, əgər icra başçısının tikdirdiyi bazara köçsələr, onlara tətbiq olunan cərimə ləğv olunacaq. Yeni bazara köçməkdən imtina edənlərə isə sonra hər ay cərimə tətbiq olunacaq və onlara işləməyə imkan verilməyəcək”,-deyə o bildirib.
Z.Fərziyev deyib ki, İcra Hakimiyyəti tərəfindən vəzifələndirilən polis əməkdaşları Bəybala Qasımov və Xəqani Səfərov bazarda qoçuluq edərək işçilərə qarşı hər cürə tərbiyəsizlik edirlər: "Onlardan biri bazarda, digəri isə balıqçıların ovlandığı yerdə insanlara əziyyət verirlər".

Avropa.info mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazır olduğunu bildirir.
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI