Tərtərdə qiyam hazırlanır? - Şok faktlar
Bolge
Oxunub: 1 453
23 yan 2015 | 22:58
Tərtərdə qiyam hazırlanır? - Şok faktlarİcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov niyə bu məsələni Respublika rəhbərliyinə məruzə etmir?

Son 2 ayda Tərtərdən redaksiyamıza telefon zəngləri gəlirdi. Mənimlə danışmaq istəyirdilər, danışırdım. Sonuncu dəfə zəng edən şəxs də əvvəlkilər kimi "gəlin çəkin, araşdırın, onlarla insanımız Suriyaya döyüşməyə gedir" deyəndə bu məsələni həqiqətən araşdırmağa qərar verdim.
Redaksiyamızın analitik qrupunu toplayıb Tərtərə ezam etdim. Bir neçə gündür aparılan araşdırmaların nəticələrini oxuyuram, dəhşətdir.
Əgər təmas xəttində olan balaca bir sərhəd rayondan onlarla adam Suriyaya məzhəb döyüşünə gedirsə... Əgər bu adamlar Hüquq Mühafizə orqanlarının gözlərinin qarşısında sənədsiz şəkildə Tərtərdən Gorana aparılıb, ordan digər "məsul" bir şəxsə təslim edilirsə, o isə öz növbəsində Gürcüstan və Türkiyə sərhədini aşa bilirsə... Əgər İcra Hakimiyyətinin inzibati binasının qarşısında yerləşən, şəhərdəki yeganə məscid məzhəb bölgüsünə gedibsə, insanlar hamının bərabər olduğu Allahın qarşısında birinci və ikinci mərtəbələrdə ayrı-ayrı namaz qılırsa... Əgər əhali arasında "hamının xəbəri var" deyib, rayon rəhbərliyininin susması, ölkə rəhbərliyinə tədbirlər görülməsi üçün məruzə etməməsinə görə haqq aldığı iddia olunursa... Deməli vəziyyət ağırdır.

Etatist.com-un Analitik Qrupu olduqca peşakar işləyib və biz ancaq faktlarla danışacağıq.

Biz bu məsələyə dərhal dövlətin sinir mərkəzlərinin müdaxilə etməsini, vəziyyətin nəzarətə götürülməsi, təqsirkar şəxslərin cəzalandırılması, yetişdirilən terrorçuların isə cəmiyyətə qazandırılmasının - reabilitasiya olmasını istəyirik.
Faktları adbaad qoyacağıq

Buna şərait yaradanlar bilər, amma siz bilmirsiniz...

- Hansı yasaq olunmuş dini kitab vasitəsi ilə insanlar Suriyaya döyüşə aparılır?
- Təbliğatçılar hardan başlayır?
- İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov niyə bu məsələni Respublika rəhbərliyinə məruzə etmir? (İcra başçısının rayonda real vəziyyətdən tam xəbəri var. Buna baxmayaraq rayonda Əfqanıstan və Pakistan vətəndaşlarının toplanmasının qarşısı alınmır)
- Tərtərdə radikal dindarlara himayədarlıq edən şəxsin əli ilə abadlıq işləri aparılır? (Fotosu yaymlanacaq)
- Nə üçün yerli camaat rayon rəhbərliyindən azad edildiyi halda, icra başçısı Tərtərə öz kadrlarını təyin edir? (Sakinlər danışacaq)
- İcra başçısının adamları Suriyada döyüşən yaralıqların ailələrinə hansı təlimatı verib? (Radikalların içindən biri danışır)
- Ölkədə radikal dini qruplaşmaların kök atması üçün mərkəz niyə Tərtər seçilib? (Suriya prosesinin necə başladığını təhlil edib, müqayisəsini ortaya qoyacağıq. Ssenari eynidir)
- Suriyada başlayan qiyamla Tərtərdə baş verənlərin ortaq cəhəti nədir?
- Əfqan və pakistanlı fəhlələr Tərtərə işə necə cəlb olunub?

Suallar bitmir. Tərtərin hər sahəsini araşdırmışıq. Ortaya çıxan qənaət budur: Rayonda bütün əsas iqtisadi rıçaqlar ələ alınıb, yerli nüfuzlu adamlar məlumat ötürməsin deyə işdən azad edilib.

Tərtərdə qiyam hazırlanır? - Şok faktlar

Rayon tam hazır vəziyyətdədir. Nəyə?
Onlarla gənc Suriyaya gedib həlak olub, bir qismi isə geri qayıdırsa. Geridə qalanlar onların "şəhidliyini" müdafiə edir bu haqda bilgilənirsə, bu nədir? - Dövlətin nüfuzunun aşağılanması! Dövlətdə qiyam belə başlayır: Öncə dövlətin nüfuzunu aşağı salacaqsan, vətəndaşların dövlətə olan inancını qıracaqsan ki, bütün vətəndaşlar passiv vəziyyətə salınsın.
Bax bu baş verir. "Tərtərdə niyə heç kim bu vəziyyəti gündəmə çıxarmır" deyirsiniz. Çünki, rayon rəhbərliyi əhaliyə "yuxarıların xəbəri olmasa bunlar kök ata bilər" - deyir. Yuxarıların bu vəziyyətdən xəbəri olanda əhali nə etməlidir? - Susmalıdır. Elə susur da...
Bu rayon başqa rayonlara bənzəməz. Çünki, Tərtər döyüş görmüş, üstəlik də bu döyüşdən qalib çıxmış rayondur. Demək ki, yaraqlı yetişdirmək, bunun sistemini, şəbəkəsini qurmaq istəyənlər üçün cəlbedicidir.
İnsanların danışdıqlarını dinlədikcə dəhşətə gəlirəm. Olmaz belə bir dərd... Ataların gözü dolur, "övladım 3 övladını qoyub Suriyaya gedib" deyəndə. Bu rayon qara düyündür. İcra başçısından millət vəkilinə qədər hər kəsin susduğu və terrora təslim buraxdığı rayon..
Bu yazını ürək ağrısı ilə yazıram. Çünki bu rayonda mənim uşaqlığım keçib. İndi uşaqlıq dostlarımın Suriyada həlak olması xəbərini eşidəndə artıq təhlükənin evimizin içinə qədər girdiyini hiss edirəm.

Tərtərdə qiyam hazırlanır? - Şok faktlar

İndi "hərbi hissənin, erməni silahlı bölmələri ilə sərhəd kəndlərinin yerləşdiyi Tərtərdə niyə radikallar bu qədər fəallaşıblar" sualına bir cavab var - Qiyam!
Bu qiyam bizim dövlətimizin varlığını həzm edə bilməyən qüvvələrin Azərbaycan dövlətçiliyinə qarşı hazırladığı qiyamdır. Bu qiyam bizim vətəndaşların, bizim dövlətimizə qarşı istifadə olunacağı qiyamdır. Həyacan təbilidir!
Bizi diqqətlə izləyin, çünki, biz ancaq faktlarla danışacağıq.

Sabahdan araşdırmalarımızı təqdim edəcəyik...

Şəhriyar Məcidzadə
Etatist.com
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Dünən, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Dünən, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Dünən, 09:57
Hərbçimiz vəfat etdi