Lənkəran məhkəməsində biabırçılıq
Bolge
Oxunub: 1 478
17 yan 2015 | 14:36
Lənkəran məhkəməsində biabırçılıqCənub TV-nin direktoru Gülbəniz Mayılova haqqını tələb edir

Cənub TV-nin direktoru Gülbəniz Mayılovanın bir qrup şəxs tərəfindən "Facebook" sosial şəbəkəsində təhqir olunmasıyla bağlı Lənkəran rayon məhkəməsinə müraciət olunub.

Baxılan xüsusi ittihamlı iş üzrə şikayətçi G. Mayılovanın qanuni nümayəndəsi Səfərov Ədalət Bizimxeber.az-a açıqlama verib.
Vəkil biliridb ki, 18 dekabr 2014-cü il tarixdə "Facebook" sosial şəbəkəsində Əli Teymurovun şəxsi profilində bir vaxtlar "Cənub" regional televiziyasında müxtəlif vəzifələrdə çalışmış, işin öhdəsindən gələ bilməyən, Əmək Qanunları Məcəlləsinin tələblərini pozan və ya hər hansı digər səbəbdən müvafiq əmrlə işdən azad olunmuş Teymurov Əli Əkrəm oğlu, Şahverdiyev Elçin Rasim oğlu, Əhmədova Aynur Əhməd qızı, Dadaşov Valeh Ağarza oğlu və Yusubov Rəşad Yusub oğlu tərəfindən CTV-nin direktoru Gülbəniz Mayılovanın və ümumilikdə televiziya əməkdaşlarının şəxsiyyətini, şərəf və ləyaqətini kütləvi nümayiş etdirilən internet-informasiya ehtiyyatında nalayiq formada qəsdən alçaltmaqla təhqir etmiş, həmçinin, şirkətin işgüzar nüfuzuna ciddi xələl gətirəcək hərəkətlərə yol veriblər.

Həmin şəxslərin əməlində AR CM-nın 148-ci maddəsinin tərkibi olması toplanmış materiallarla tam təsdiq olunub. Odur ki, Gülbəniz Mayılovanın ərizəsi xüsusi ittiham qaydasında şikayət olaraq baxılması üçün 06 Yanvar 2015-ci il tarixdə Lənkəran rayon Məhkəməsinə verilib", deyə o bildirib.
Səfərov Ədalət qeyd edib ki, 13 Yanvar 2015-ci il tarixdə hakim Mütəllim İsayev işə baxıb Şahverdiyev Elçin Rasim oğlunun müdafiəçi ilə təmin olunmamasını əsas götürərək işə baxılmasını bu günə, yəni 16 yanvar 2015-ci il tarixə təyin edib. "Bu gün saat 14:15-dəqiqədə hakim Mütəllim İsayev xüsusi ittiham qaydasında şikayətə baxmışdır. İşə baxmamışdan qabaq hakimin köməkçiləri hakimin göstərişi ilə barəsində şikayət olunan Dadaşov Valeh Ağarza oğlunun adından şikayətin icraata götürülməsindən imtina barədə vəsadət tərtib edib Valeh Dadaşova verdilər. Mən təsadüfən bunun şahidi oldum. Amma, həmin vaxtı Valeh Dadaşovu tanımadığımdan buna heç bir reaksiya vermədim.

İşin baxılmasına başlandıqdan sonra hakim Mütəllim İsayev Dadaşov Valeh Ağarza oğlunun vəsadəti olduğunu elan edib onu vəsadəti oxumağa dəvət etdi. Valeh Dadaşov Cinayət Prosessual Məcəlləsinin bir neçə maddəsini vəsadətində oxuyaraq işə baxılmasından imtina edilməsini xahiş etdi. Mən çıxışımda Valeh Dadaşovun vəsadətinin tam əsasssız olduğunu, baxılan işə aidiyyəti olmadığını, vəsadətin cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün tərtib edildiyini hakim Mütəllim İsayevin nəzərinə çatdırdım.

Lenkeran hakimHakim dediklərimə heç bir münasibət bildirmədən müşavirə otağına getdi. Zala qayıdaraq "Mayılova Gülbəniz Məmmədağa qızının xüsusi ittiham qaydasında şikayət ərizəsi icraata götürülməkdən imtina edilsin" qərarını elan etdi.

Bundan sonra Valeh Dadaşovu çağırıb "Sənin mənə təqdim etdiyin vəsadətdə imzan yoxdur, vəsadət anonimdir. Mən bunu qanunla rədd etməliyəm deyib təxminən 10 nəfərdən yuxarı CTV-nin əməkdaşlarının, bir o qədər də digər iştirakçıların gözləri qarşısında Valeh Dadaşova anonim vəsadəti imza etdirdi. Hakimin elan etdiyi qərarda imtina ilə bağlı heç bir əsas göstərilmədi.

Halbuki, qanuna əsasən hakim imtina qərarını əsaslandıraraq elə məhkəmə zalındaca tərəflərə elan etməli idi. Çox qəribədir ki, hakim özünü prosesdə elə aparırdı ki, sanki kimlər qarşısındasa öhdəçilik götürüb, vacibi tapşırıqları yerinə yetirirdi. Bundan başqa, həmin işdə CTV-nin direktoru olaraq, həm də bir qadın olaraq ünvanına son dərəcə ədəbsiz, nalayiq ifadələr işlətmiş və digər şəxsləri də buna təhrik etmiş Elçin Şahverdiyevin bu günki məhkəmə prosesində iştirak etməməyinə də hakim Mütəllim İsayev heç bir reaksiya vermədi.

Göstərilən şəxslər tərəfindən "Facebook" səhifəsində yazılı qaydada qadının insana belə yaraşmayan sözlərlə təhqir olunmasına baxmayaraq hakim Mütəllim İsayev hakim adına ləkə gətirən hərəkətlərə yol verərək bizə məlum olmayan maraqları səbəbindən, kimlərinsə sifarişini yerinə yetirməklə qanunsuz qərar qəbul etdi. Çox təəssüf ki, hakim Mütəllim İsayev unutdu ki, onun da ailəsində və yaxın ətrafında qadınlar var. Həmin qadınların da bu dərəcədə nalayiq formada təhqir olunmasına, görəsən o, hakim kimi demirəm, bir insan olaraq bu cürmü reaksiya göstərəcəkdi?. Hər halda bu günki məhkəmə prosesi bir çox məqamlardan xəbər verdi.

Hakimin bu qanunsuz qərarı ilə bağlı Şirvan Apelyasiya Məhkəməsinə tərəfimdən şikayət veriləcək. Əminəm ki, hakim Mütəllim İsayevin qanunsuz qərarına qanuni reaksiya verilən tapılacaq".

jam.az
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Dünən, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Dünən, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Dünən, 09:57
Hərbçimiz vəfat etdi
Dünən, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Dünən, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Dünən, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO