Qazax Dövlət Sosial-İqtisad Kolleci rüşvətxorluq yuvasıdır
Hələ ötən açıqlamalarımızın birində yazıb bildirmişdik ki, rrespublikamızın dilbər guşələrindən biri də Qazax rayonudur. O məqama da toxunmuşduq ki, ölkə iqtisadiyyatının hərtərəfli inkişafında, əhalininkənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsində, sosial-iqtisadi vəziyyətin davamlı inkişafında, bir çox islahat proqramlarının həyata keçirilməsində və s-də Qazaxın adı hər zaman öndə olub.
Belə bir amillərin varlığına baxmayaraq, hal-hazırda rayonda həlli vacib məsələlər, aradan qaldırılası elə problemlə var ki, onlar haqda məlumatlı olan hər kəs bir anlığa da olsa düşünər və yaxud hansısa formada götür-qoy da edər. Həlli vacib olan problemlərdən biri də, Qazax Dövlət - baş alıb gedən röşvətxorluğun varlığı. Problemlərin hansı səbəblərdən əmələ gəlməsi barədə məsələlərə münasibət bildirərkən, onu da qeyd edə bilərik ki, bu gün Elşad müəllim rəhbərlik etdiyi təhsil ocağında əməlli-başlıca "bazar" açıb. Və ümumi vəziyyətin acınacaqlı duruma düşməsinə məhəl qoymayan rəhbərlik, hal-hazırda da hansısa əməli addımını atmaq fikrində deyil.
Bir məqama da toxunaq ki, cənab Elşad müəllim bu gün daşıdığı vəzifəsindən ikiəlli yapışıb. Buna səbəb o olur ki, daşıdığı vəzifəsi ona hər ay həm gəlir gətirir, həm də onu hörmət-izzət sahibi edir. Bəs bu kimi amillərin qarşılığında, görəsən səbəb nədir ki, rəhbərlik haqq yoluna qayıtmır və qayıtmaq istəyində də bulunmur. Yalnız uzun illərdən bəri düşündüyü və tətbiq etdiyi rüşvətxorluq əməllərini, yenə də yaşatmaqda davam edir. Elə bu kimi səbəblər üzündəndir ki, hələ bir müddət bundan əvvəl rəhbərliyin ünvanına sorğu məktubu ünvanladıq ki, problemlərin varlığına münasibətini öyrənə bilək. Təəssüflər olsun ki, qanunvericiliyin tələb etdiyi vaxtdan xeyli müddət keçməsinə baxmayaraq, rəhbərlik sadalanan faktlara aydınlıq əvəzinə susmağa üstünlük verdi. Bu da onu söyləməyə əsas verir ki, problemlər məngənəsində boğulan, rüşvətxorluq hallarının tüğyan etdiyi Qazax Dövlət Sosial İqtisad Kollecində rəhbərlik naşı idarəçiliyi ilə təhsilimizi məhvə sürükləməkdə davam edir.
Diqqəti cəlb edən hal odur ki, rəhbərlik qol qoyduğu əməllərini ört-basdır etmək üçün, hələ bir müddət bundan əvvəl yeni bir idarəçilik üsuluna əl atıb. Yəni, o, kollecin giriş hissəsində polis "otuzdurub" və ona möhkəm-möhkəm tapşırıqlarını da verib. "Kənardan gələn bir kimsəni içəri buraxma, buraxmaq istəsən də mütləq mənimlə əlaqə saxla və razılığımı aldıqdan sonra burax deyib. O halda sual oluna bilər ki, rəhbərlik sən belə bir addımını atmaqla nəyə nail olmaq istəyirsən? Niyə imkan vermirsən ki, KİV nümayəndələri dərs saatlarında kollecə daxil ola bilib, davamiyyəti öz gözləri ilə görə bilsinlər. Görüb bilsinlər ki, bir qrupda təhsil alan tələbələrin yarıdan çoxu dərsdə tapılmır. Dərs "keçən" müəllimlər dərs keçmək əvəzinə, dərs saatlarını boş-boş söz-söhbətlərə həsr etməklə "yola" verirlər. Smestr imtahanlarında tələbə auditoroyasının tam əksəriyyəti, ümumi vəziyyətdən xəbərsiz olurlar. Köhnə kurs işlərini tələbələrə "sırımaq"la, hər il nə qədər qazanc əldə edə bilirsən? Kollecin balansına ayrılmış yanacağı, çöldən-çölə yanacaqdoldurma məntəqəsində kimlərə "pay-püş" edirsən? Bəlkə bunlar həqiqətdən uzaq açıqlamalardır?
Kollecdə çalışan və adının çəkilməsini istəməyən mənbənin verdiyi məlumatda o da bildirilir ki, Elşad müəllim hər il dərs saatlarını maraqları çərçivəsində bölür və elə tələbə olur ki, o ümumiyyətlə kollec üzü tanımır, müəllim sifəti görmür. Sözsüz ki, belə bir şəraiti kollec rəhbərliyi yaradır və atdığı addımın müqabilində qarşı tərəfdən nəzərdə tutduğu marağını da tələb edir. Verilən məlumatda o da bildirilir ki, tədris olunan dərslərin səviyyəsi heç bir normaya cavab vermədiyindən, buraxlış imtahanları "haqq-hesab"ın müqabilində yola verildiyindən, tələbə adını daşıyanlardan bir çoxu adicə kitabı üzündən oxuya bilmirlər. Belə bir halın varlığı da, Azərbaycan təhsilinin bilərəkdən məhvə sürüklənməsi deyilmi?
Digər tərəfdən, kollecdə ödənişli təhsildən əldə olunan vəsait də, cənab Elşad müəllim tərəfindən bu və ya digər yollarla, çox zaman isə təmir adı altında mənimsənilir. Bir neçə nöqsanlar da, Qazax Dövlət Sosial İqtisadi Kollecinin adını dillər əzbəri edib.
Bütün bunları nəzərə alaraq, atdığı müdrik addımları ilə Azərbaycan təhsilinə yeni nəfəs verən cənab Mikayıl Cabbarova müraciət edirik ki, Siz Qazax Dövlət Sosial İqtisad Kollecində yaşanan durumu diqqətdə saxlasanız, yəqin ki, əksər mətləblərdən xəbərdar ola biləcəksiniz. Və Elşad müəllimin əhəmiyyət kəsb edən təhsil ocağına rəhbərlik etməsinə, yəqin ki, öz münasibətinizi də bildirərsiniz.
Ümumiyyətlə, kollecdə baş verən olaylar zaman-zaman diqqət mərkəzimizdə olub.
Qarşı tərəfin də, münasibətini öyrənmək və mövqeyini dərc etməyə hazırıq.
Bu gün, 16:00
Qafqazda əsas savaş yollar uğrunda olacaq - İDDİA
Bu gün, 13:42
Kafedə döyüb naməlum ünvana apardılar, 25 min manat istədilər
Bu gün, 13:35
Koçaryan indi də xəstəxanaya aparıldı - Yenilənib - Video
Bu gün, 12:32
Böyük Qayıdış Davam Edir: Xocavəndə Daha 191 Sakin Doğma Yurduna Qayıdır
Bu gün, 12:06
“Hadrut fatehi”nin xanımı da tələbə oldu
Bu gün, 12:01
Bu xəstəxanaya yeni direktor təyin olundu
Bu gün, 11:56
Bu gecə metro 1 saat artıq işləyəcək
Bu gün, 11:51
9 yaşlı qıza ögey anası zorakılıq etdi: DİN-dən reaksiya
Bu gün, 11:41
İlham Əliyev və Mehriban Əliyeva Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərdi
Bu gün, 11:23
Yağış, şimşək, duman - Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Bu gün, 10:58
Şəhid yoldaşı ali məktəbə qəbul oldu - FOTO
Bu gün, 10:53
Ali Məhkəmədən faiz müqabilində borc verənlərə SƏRT XƏBƏRDARLIQ
Bu gün, 10:47
Səhər saatlarında İrəvandan XOŞ XƏBƏR GƏLDİ - YENİLƏNDİ
Bu gün, 10:05
Şəhid anası da tələbə adını qazandı - Foto
Bu gün, 10:00
Paşinyan yenə Başkənd dedi - Çıxış yolları AÇIQLANDI
Bu gün, 09:50
Ukrayna Rusiyada dəmir yolunu və neft zavodunu VURDU: Ölənlər var
Bu gün, 09:45
Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu
Bu gün, 09:38
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Bu gün, 09:32
Bakının mərkəzində ağır qəza, 32 yaşlı kişi öldü
Bu gün, 09:29
Robert Koçaryan Ermənistan Milli Təhlükəsizlik Xidmətinə aparılıb
Bu gün, 09:22
Türkiyəni ayağa qaldıran məhkəmə qərarı açıqlandı
Bu gün, 09:17
Bu da baş verdi-Neft nəhəngi Rusiyada benzin qıtlığı: indi Türkiyədən yanacaq istəyir
Bu gün, 09:00
“17 il Ermənistanın dəmir yoluna pul tökdük, Azərbaycan və Türkiyədən xilas etdik” – Rusiya böyük “razborka”ya başladı
Dünən, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Dünən, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Dünən, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Dünən, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ