Ağdaşda Heydər Əliyevin heykəli yoxa çıxdı - Müəmma
Bolge
Oxunub: 1 291
29 dek 2016 | 14:25
Ağdaşda Heydər Əliyevin heykəli yoxa çıxdı - Müəmma








Ağdaşda Heydər Əliyev parkında Ulu Öndərin xatirəsinə qoyulan heykəl götürülüb

Bu barədə ölkə.az-a Ağdaş rayon sakinləri məlumat verib.

Bildirilir ki, 2011-ci ilin oktyabrın 11-də Prezident İlham Əliyev Ağdaşa səfəri zamanı bu heykəli ziyarət edib. Bu barədə president.az saytında olan məlumatlar da faktı təsdiqləyir. (http://www.president.az/articles/3457)

Ağdaş rayon İcra Hakimiyyətinin saytında olan şəkillər də bu heykəlin orada mövcüd olduğunu sübut edir.

Amma 2014-cü ildə parkda aparılan yenidənqurma işlərindən sonra heykəl yoxa çıxıb. Əvəzində abidənin olduğu yeri indi ot basıb.

2014-cü ildə parkda yenidənqurma işləri aparılıb. Dövlət başçısının adıçəkilən rayona səfəri zamanı isə Heydər Əliyev Mərkəzində yeni abidə ucaldılıb.

Amma parkda əvvəl olan Heydər Əliyevin abidəsini bundan sonra gördüm deyən olmayıb.

Məsələ ilə bağlı Ağdaş rayon icra başçısının müavini Aynur Novruzova ölkə.az-a açıqlama verib.

Xanım müavin həmin ərazidə heç vaxt Ulu Öndərin abidəsinin olmadığını bildirib.

"Heydər Əliyevin abidəsi o parkda deyil. Abidə Heydər Əliyev Mərkəzinin qarşısındadır. Hamı çox söz deyə bilər. Orada heç bir heykəl olmayıb da, aparılmayıb da. Özünüz gəlin, baxın".

Aynur Novruzovaya bizə göndərilən şəkli sizə göndərək təklifimiz isə cavabsız qaldı. Xanım müavini telefonu söndürərək, bundan sonrakı zənglərimizi də cavabsız qoydu.

Amma fakt faktlığında qalır. Ağdaş sakinləri və icra hakimiyyətinin internet səhifəsində olan şəkillər abidənin olduğunu aydın göstərir.

Heykəl müəmması isə qaranlıq olaraq qalır.
Dünən, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Dünən, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Dünən, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Dünən, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Dünən, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Dünən, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Dünən, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Dünən, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Dünən, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Dünən, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Dünən, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Dünən, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Dünən, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Dünən, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Dünən, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Dünən, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Dünən, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
Dünən, 09:29
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
Dünən, 09:26
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO
Dünən, 09:22
Çin lideri Makronu belə alçaldıb
Dünən, 09:18
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət nə vaxt bərpa olunacaq?
Dünən, 09:14
Çindən Britaniyaya kəskin etiraz: Bu oyunu dayandırın!
Dünən, 09:11
Bu tarix Ümumdünya Futbol Günü elan edildi
Dünən, 09:05
Ukrayna Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatdır
Dünən, 09:01
"Atəşkəs əldə olunmasa, faciə baş verəcək"
7-05-2024, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
7-05-2024, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh