Səmərəsiz fəaliyyət nəyə lazımdır?
Bolge
Oxunub: 1 508
29 okt 2014 | 12:14
Səmərəsiz fəaliyyət nəyə lazımdır?Azərbaycan Müəllimlər İnstitunun Qazax filialı, gündəlik həm yeni-yeni uğursuzluğa imza atır, həm də bilərəkdən məhvə sürüklənir

Son illər Azərbaycanda təhsilin inkişafına göstərilən dövlət qayğısı artsa da, müəyyən sahələr yeni inkişaf mərhələsinə qədəm qoysa da, Azərbaycan Müəllimlər İnstitunun Qazax filialı isə, gündəlik yeni-yeni uğursuzluqlara qədəm qoyur. Əslində buna səbəb olan müxtəlif amillər var ki, bu amillər içərisində ən başlıca, filial rəhbərliyinin yarıtmaz iş üslubu, tətbiq etməyə çalışdığı amiranə idarəçilikdir.
Müasir dövrümüzü səciyyələndirən əsas məsələ ondan ibarətdir ki, bu gün respublikamızda təhsilin ayrı-ayrı sahələri deyil, bütün sahələrinin kompleks şəkildə inkişaf etdirilməsi nəzərdə tutulur. Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, son üç-dörd il ərzində təhsilin müxtəlif sahə və pillələrinin inkişafı üçün təqribən 16-dan çox proqram işlənib hazırlanmış və həyata keçirilməsi istiqamətində də müvafiq addımlar atılmışdır.
Amma atılan addımlara baxmayaraq, bu gün Afaq xanımın rəhbərlik etdiyi Qazax filialında isə, hansısa yenilikdən söhbət gedə bilməz. Düzdür, görüntü xatirinə bir qədər təmir-bərpa işləri aparılmış, müəyyən yeniliklər tətbiq olunmuşdur. Amma, atılan addımlar ümumi ab-havanı dəyişdirməyib. Yəni, köhnə hamam köhnə tas mühiti yenə yaşanmaqdadır. Hal-hazırda isə, dərs ili yenicə başlayıb. İnformasiya mərkəzimizə hələlik adının çəkilməsini istəməyən və Qazax rayon mərkəzində fəaliyyət göstərən təhsil ocaqlarından birində çalışan müəllim (etika naminə adını qeyd etmirik) tərəfindən verilən məlumatda bildirilir ki, bəlkə də Azərbaycan Müəllimlər İnsitutunun filialları içərisində Qazax filialı yeganə filial oldu ki, builki tədris-buraxlış ilini tam biabırçılıqla başa vurdu. Məsələn, mənbə bildirir ki, yay smestr imtahanları Afaq xanımın tərtib etdiyi siyahı üzrə başa çatdırıldı. Yəni, hər fənn üzrə konkret haqq-hesab müəyyən olunmuşdu ki, həmin haqq-hesabda verilmiş tapşırıqlar əsasında uğurla başa vuruldu.
Verilən məlumatda o da bildirilir ki, yuxarı kurslarda təhsil alan tələbələrdən elələri oldu ki, ümumiyyətlə filialın üzünü görmədilər. Onlar verməli olduqları haqq-hesabları şəhərdən, ayrı-ayrı rayonlardan, kənd və qəsəbələrdən ünvanı üzrə çatdırdılar və buraxlış imtahanlarını, diplom müdafiəsini, əvvəlki kurslardan qalmış problemli imtahanlarını çox yüksək səviyyədə başa vurdular.
Fakt budur ki, Azərbaycan Müəllimlər İnstitunun əksər filialları bir müddət bundan əvvəl belə bir fəaliyyətlərinə, qol qoyduqları saysız-hesabsız qanunsuzluqlara görə bağlandılar. Çünki, aparılan araşdırmalar, əldə olunan nəticələr onu sübut etdi ki, həmin filiallarda tələbələrə təhsilə yiyələnmək yox, təhsilə yiyələnməməklik, yəni boş-bekar vaxt keçirmək şəraiti yaradılır. Sözsüz ki, Qazax filialı da, fəaliyyəti dayandırılmış filiallardan heç də geridə qalmayan filiallardan biri olsa da, təəssüflər olsun ki, bu gün də fəaliyyətini davam etdirməkdədir.
Mənbə onu da bildirir ki, filialda buraxlış "imtahanı verən" tələbələr, müəllim qarşısında təqribən 20-25 dəqiqə otururlar və tez bir zamanda da sinif otaqlarını tərk edirlər. Bu zaman bəlli olur ki, rəhbərlikdən tapşırıq almış müəllimlər sadəcə olaraq tələbələrin sayını sayır və kimin siyahı üzrə sinifdə olduğunu dəqiqləşdirirlər. Bu da Qazax filialında tələbələrin kursdan kursa keçmələri üçün, vermiş olduqları buraxlış imtahanları olur. Belə olan halda sual oluna bilər ki, biz niyə özümüzü aldadırıq, niyə təhsilimizi düşünülmüş şəkildə məhv edirik? Yəqin ki, belə bir sualın cavabını hörmətli Aqiyə xanıma ünvanlasaq daha yaxşı olar.
Filialın fəaliyyəti haqda açıqlamalarla bizi məlumatlandıran mənbə onu da bildirir ki, Afaq xanımın təyinatından sonra əksəriyyət elə düşünürdü ki, bu təhsil ocağında vaxtilə İsa müəllimin əsasını qoyduğu qanunsuzluqlara son qoyulacaq. Amma, hər bir ümid gözlənilənlərin əksinə oldu. Yəni, yeni rəhbərlik kreslo kürsüsünə əyləşdikdən sonra islahat adı altında, bir neçə vəzifə sahibini daşıdığı vəzifəsi ilə vidalaşdırdı. Və "jirnı post"lara özünə yaxın bildiyi şəxsləri təyin etdi. Bu zaman nələr baş verdi? İxtisas profili uyğun gəlməyən müəllim, başqa bir ixtisas fənni üzrə dekan təyin olundu. İxtisası idman müəllimi olan şəxs isə, daha "başa" şəkildi. Belə bir işgüzar kollektivi ətrafına toplayan Afaq xanım, bu gün sanki filialı həm orta əsr qanunları ilə idarə edir, həm də açıq-aşkar bazarxanaya çevirir. Elə bu səbəbdən də, bizlərdə belə bir qənaət formalaşıb ki, Qazax filialı da yaxın vaxtlarda fəaliyyətini dayandıracaq və təhsilimizi bilərəkdən məhv etməyə çalışanlar isə lazımınca cəzalandırılacaqlar.
Ümumiyyətlə, əldə etdiyimiz nəticələr, Qazax rayon mərkəzindəki mənbəmizin informasiya mərkəzimizə çatdırdığı məlumatlar və.s onu söyləməyə əsas verir ki, bu gün Azərbaycan Müəllimlər İnstitunun Qazax filialı, təhsilimizi bilərəkdən məhvə sürükləyən savadsızlıq ünvanıdır. Müvafiq qərarın verilməsi isə, təhsilimizə məsuliyyət daşıyan vəzifə sahiblərinin atacaqları addımlardan asılıdır.
P.S Filialdakı problemlərin varlığını diqqət mərkəzində saxlayıb, araşdırmamızı davam etdirəcəyik. Odur ki, bizi izləməyi unutmayın.
Bu gün, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Bu gün, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Bu gün, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Bu gün, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Bu gün, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Bu gün, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Bu gün, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Bu gün, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Bu gün, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Bu gün, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Bu gün, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Bu gün, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Bu gün, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Bu gün, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Bu gün, 09:20
Diqqət: bu yollarda tıxac var
Bu gün, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Bu gün, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Bu gün, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi