Qazaxda belə həkimlər də var... - Özbaşınalıq...

Qazax Rayon Mərkəzi Xətəxanasının nəzdində fəaliyyət göstərən poliklinika nadir hallarda müdir sarıdan yarıyıb. Uzun illər şəhər poliklinikasının müdiri olmuş, mərhum Şaiq Mehdiyevin zamnında sözügedən səhiyyə ocağında necə deyərlər, din-bərəkət olub. Ələlxüsus da poliklinikaya Şaiq Mehdiyevin şəxsi gücü naminə nazirlikdən ayrılan külli miqdarda vəsait onun yüksək səviyyədə təmirini başa çatdıra bilmişdi. Yoxsa uzun illərdi təmirsiz qalan bu səhiyyə ocağı ayıb olmasın, ifadəmə görə üzr istəyirəm, “toyuq damını” xatırlayardı. Nə isə... Bu gün haqq dünyasında olan Şaiq Mehdiyevə bir daha Allah rəhmət eləsin! ...
Hazırda isə poliklinikada vəziyyət acınacaqlı və bərbaddır. Uzun müddət poliklinikada şəkərli-diabet xəstəliyinin guya müalicəsi ilə məşğul olmuş, sonradan avanqard kimi qələmə verilən həkim Sevda Məmmədovanın baş həkimliyi yarıtmaz bir şəkil alıb. Xanımın işi səhər 5 dəqiqəliyindən sonra yerindəcə əyləşib “pul qırmaqdır”. Xəstələrdə olan xəstəliyi də bir anda “heç nə yoxdur!” kəlməsini istənilən vaxt deməyə hazır olan Sevda Məmmədova “əl-ayaq” kadrların yerləşdirilməsində də ciddi nöqsanlara yol verir. Məsələn, şəkərli-diabet xəstələri üçün ayrılan dərman və preparat vətəndaşlara elə zorla verilir ki, adamın şəkəri 2 dəfə qalxmasa qarşısındakında dinclik yaranmır. Gülməlidir ki, poliklinikanın aptekində bir vaxtlar saxta diplom verən, sonradan bağlanılması məqsədəuyğun sayılan Ekologiya İnstitutunun Qazax Filialının yox bir tibb fakültəsini bitirmiş Hacıyeva Samirə adlı bir xanım əyləşib. İnanın ki, bu adam adicə tetratsiklini də tanımır. Görünür bir vaxtlar şəkər dərmanını da açıqca satışa çıxaran Sevda xanım bu kadrı da özü təyin edib. Əks halda bunu necə izah etmək mümkündür? Eyni zamanda, xanımdan dərman alanlar da beziblər. Belə ki, xanım vətəndaşlardan o qədər sənəd tələb edir ki, elə bil özünə şəkər dərmanı deyil, sosial yardım üçün sənəd düzəldirsən. Belə gülünc və acınacaqlı vəziyyət harada görünüb? Məsələ ilə bağlı Sevda Məmmədova ilə “kurortda”da olsa telefon əlaqəsi saxladıq. O, bizə kinayəli şəkildə bildirdi ki, “dedikləriniz tam doğrudur. Lakin onun diplomunu vaxtı ilə Qazaxda fəaliyyət göstərən Ekologiya İnstitutu versə də nazirlik təsdiqləyib, həm də həmin qadın kursda olub”. Başa düşmədik: “Gəmi hara, zəmi hara?” Ekologiya hara, tibb diplomu hara?.. Nə etməli, bizə əlac isə yenidən bu barədə səhiyyə nazirliyinə sorğu göndərmək qalıb. Poliklinikada baş alıb-gedən antisanitariyadan da danışmaq yerinə düşərdi. Hələ poliklinikada su sistemi yoxdur. Çürümüş dəmir boruları heç olmasa Sevda Məmmədova “ikinci hesabından” təmir elətdirsə daha yaxşı olardı. Yəqin xanım baş həkim yeganə gəlir mənbəyi olan Qazax Şəhər Poliklinikasında hansı vəzifədə olmasını da unudub. Bir sual da meydan çıxır: necə olur ki, hər il ev-eşiyini yüksək şəkildə, aylarla təmir etdirən Sevda Məmmədova poliklinikaya da öz evi kimi baxmır? Qeyd etdiyimiz kimi, xəstəxanaları və poliklinika kimi sahələri susuz təsəvvür etmək qeyri-mümkündür. Qazax Şəhər Poliklinikasının həyətində isə daşdan hörülmə su qabı mövcuddur. İşçilər nahar zamanı qab-qaşıqlarını yalnız bu su qabının hesabına yumalı olurlar. Məsələ burasıdır ki, poliklinikada çalışanların 90 faizi qadınlardır. Su qabının krandı isə demək olar ki, yerə bitişikdir. Utana –utana qadınların millətin içində əyilib-qalxaraq qab-qaşıq yuması hansı milli mentolitetimizə uyğundur? Bir halda ki, Sevda Məmmədova qadındırsa onda bu məsələyə yaxşı olar ki, özü qiymət versin... Poliklinikanın ayaqyolu da acınacaqlı vəziyyətdədir. Heç “nuh nəbidə” də bu cür ayaqyolu olmayıb. Necə olur ki, hər il ölkəmizin ən bahalı istirahət yarlərində dincələn poliklinika müdiri bir günlük vəsaitini də buradan əsirgəyib? Qarşı tərəfin fikrini də dinləməyə hazırıq. Mövzunu davam etdirəcəyik.
Dünən, 16:00
Qafqazda əsas savaş yollar uğrunda olacaq - İDDİA
Dünən, 13:42
Kafedə döyüb naməlum ünvana apardılar, 25 min manat istədilər
Dünən, 13:35
Koçaryan indi də xəstəxanaya aparıldı - Yenilənib - Video
Dünən, 12:32
Böyük Qayıdış Davam Edir: Xocavəndə Daha 191 Sakin Doğma Yurduna Qayıdır
Dünən, 12:06
“Hadrut fatehi”nin xanımı da tələbə oldu
Dünən, 12:01
Bu xəstəxanaya yeni direktor təyin olundu
Dünən, 11:56
Bu gecə metro 1 saat artıq işləyəcək
Dünən, 11:51
9 yaşlı qıza ögey anası zorakılıq etdi: DİN-dən reaksiya
Dünən, 11:41
İlham Əliyev və Mehriban Əliyeva Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərdi
Dünən, 11:23
Yağış, şimşək, duman - Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Dünən, 10:58
Şəhid yoldaşı ali məktəbə qəbul oldu - FOTO
Dünən, 10:53
Ali Məhkəmədən faiz müqabilində borc verənlərə SƏRT XƏBƏRDARLIQ
Dünən, 10:47
Səhər saatlarında İrəvandan XOŞ XƏBƏR GƏLDİ - YENİLƏNDİ
Dünən, 10:05
Şəhid anası da tələbə adını qazandı - Foto
Dünən, 10:00
Paşinyan yenə Başkənd dedi - Çıxış yolları AÇIQLANDI
Dünən, 09:50
Ukrayna Rusiyada dəmir yolunu və neft zavodunu VURDU: Ölənlər var
Dünən, 09:45
Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu
Dünən, 09:38
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Dünən, 09:32
Bakının mərkəzində ağır qəza, 32 yaşlı kişi öldü
Dünən, 09:29
Robert Koçaryan Ermənistan Milli Təhlükəsizlik Xidmətinə aparılıb
Dünən, 09:22
Türkiyəni ayağa qaldıran məhkəmə qərarı açıqlandı
Dünən, 09:17
Bu da baş verdi-Neft nəhəngi Rusiyada benzin qıtlığı: indi Türkiyədən yanacaq istəyir
Dünən, 09:00
“17 il Ermənistanın dəmir yoluna pul tökdük, Azərbaycan və Türkiyədən xilas etdik” – Rusiya böyük “razborka”ya başladı
24-08-2026, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
24-08-2026, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
24-08-2026, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
24-08-2026, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ