İcra başçısına söykənən özbaşınalıq... - Göygöldə
Bolge
Oxunub: 941
31 avq 2016 | 10:28
İcra başçısına söykənən özbaşınalıq... - Göygöldə









Bu gün Göygöl rayonunda 50 ümumtəhsil məktəbi, o cümlədən 39 tam, 10 ümumi orta, 1 ibtidai məktəb və 4 məktəbdənkənar tədris müəssisəsi fəaliyyət göstərir. Lakin onların böyük əksəriyyətində ciddi problemlər yaşanmaqdadır. Bu və digər önəmli məqamlarla bağlı əldə etdiyi bilgiləri Gundelik-Baku.com-la bölüşən məlumatlı şəxsin sözlərinə görə, hazırda Göygöl rayon təhsili Elbrus Yaqub oğlu Atayevin idarəçiliyi altında öz tənəzzül dövrünü yaşayır. Belə ki, adıçəkilən rayonda təhsil sistemi və ümumilikdə, təhsilin vəziyyətinin ürəkaçan olmadığını iddia edən mənbənin sözlərinə görə, bu gün Göygöl məktəblərində tədrisdən əsər-əlamət qalmayıb, şagirdlərin dərsə davamiyyəti isə aşağı səviyyədədir: «Deyilənlərə görə, məhz Göygöl Rayon Təhsil Şöbəsinin müdiri Elbrus Atayevin nöqsanlı fəaliyyəti nəticəsində rayonun təhsili son dərəcə ağır duruma düşüb və problemlər girdabında boğulmaq üzrədir. Bildirilir ki, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidova arxalanan Elbrus Atayev təhsil şöbəsində öz «qayda»larını tətbiq edir və bu yolla külli miqdarda gəlir əldə edir. Ümumiyyətlə, rayonun orta məktəblərindəki attestat alveri ilə külli miqdarda pulun toplanıldığına dair söyləntilər də mövcuddur. Onu da nəzərinizə çatdırım ki, Elbrus Atayev Göygöl Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə keçdikdən sonra əsas diqqətini şəxsi maraqlarının təmin olunmasına yönəldib. Bu səbəbdən də rayondakı orta məktəblərin direktorları hər ay təhsil şöbəsinin müdirinin qəbulunda olur və «ənənəvi məsələ»ni yoluna qoyduqdan sonra geri qayıdırlar. Göygöl sakinləri də təsdiqləyə bilərlər ki, hazırda rayonda məktəbli formasından tutmuş, gündəliyə qədər hər şey satdırılır. Təbii ki, bu da əhalinin ciddi narazılığına səbəb olur. Lakin buna əhəmiyyət verən yoxdur. Məsələnin maraqlı tərəfi isə ondadır ki, rayon icra hakimiyyəti nədənsə bu cür önəmli məsələləri görməzdən gəlir». Hazırda Göygöl rayonundakı əksər məktəblərdə əsl bazar ab-havasının hökm sürdüyünü vurğulayan məlumatlı şəxs bildirir ki, rayonda fəaliyyət göstərən əksər təhsil ocaqlarında yeni təyinat almış gənc müəllimlərin böyük əkəsriyyəti özəl məktəblərin məzunlarıdır: «Deyilənlərə görə, Elbrus Atayev Göygöl Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə gəldikdən sonra rayonun məktəblərində fakültativ məşğələ və digər dərsdən kənar təlim formaları demək olar ki, tədris olunmur. Yeri gəlmişkən, qeyd edim ki, deyilənlərə görə, yaxın vaxtlarda ölkənin hüquq-mühafizə orqanları Göygöl Rayon Təhsil Şöbəsində ciddi yoxlamalara başlayacaq. Çünki dövlət büdcəsindən Göygöl Rayon Təhsil Şöbəsinə ayrılan vəsaitlərin xərclənməsində bir sıra nöqsanlar mövcuddur. Belə ki, təhsil xərclərinin proqnoz layihələri əmək haqqı və əmək haqqına üstəlik xərc maddələri üzrə müvafiq iqtisadi əsaslandırma aparılmayıb. Eyni zamanda, xərc smetaları üzrə nəzərdə tutulmuş vəsaitlərdən istifadə edilməyib, bir sıra xərc maddələri üzrə icra faizi aşağı olub, təyinatdan kənar vəsait xərc edilib. Ehtimal olunur ki, araşdırmalar zamanı digər bir sıra qanun pozuntularının, o cümlədən Göygöl Rayon Təhsil Şöbəsinin müdiri Elbrus Atayevin yol verdiyi neqativ halların üstü açıla bilər». Məsələ ilə bağlı qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq.
Bu gün, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Bu gün, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Bu gün, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Bu gün, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Bu gün, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Bu gün, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Bu gün, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Bu gün, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Bu gün, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Bu gün, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Bu gün, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Bu gün, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Bu gün, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Bu gün, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Bu gün, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Bu gün, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Bu gün, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Bu gün, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Bu gün, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...