Ucar Suvarma İdarəsi rəisi haqda korrupsiya faktları - Foto-Video
Bolge
Oxunub: 1 329
30 iy 2016 | 09:47
Ucar Suvarma İdarəsi rəisi haqda korrupsiya faktları - Foto-Video










Ucar rayon sakinləri tərəfindən Politika.Az-a şikayət məktubu daxil olub

Məktub müəllifləri Ucar Suvarma Sistemləri İdarəsinin rəisi Həsən Qasımovun dövlət vəsaitini talan etməyindən yazıblar. Onların sözlərinə görə, idarə rəisinin başı dövlətin pulunu mənimsəməyə qarışdığından kəndlər susuzluqdan yanır.

“Kənd camatının əkinləri məhv olub, heyvandarlıq sıradan çıxır. Ən əsas isə budur ki, Həsən Qasımovun korrupsiya əməlləri nəticəsində kəndlilər içməyə su belə tapmırlar. İçməyə suyu pulla alan kənd camaatının harayı ərşə çəkilsə də onların səsini Melorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə eşitmək istəmir.

Çünki Həsən Qasımov talançılıqla əldə etdiyi dövlət vəsaitinin bir hissəsini baş idarəsinə ötürdüyü üçün ona “gözün üstə qaşın var” deyən yoxdur. Rayonun Müsüslü, Qulabənd, Alpoud, Qazyan, Lək, Xalac və digər kəndlərində susuzluqdan təsərrüfatlat tamamilə məhv olub.

Kəndlilər min-bir əziyyətlə əkib becərdikləri əkin sahələri, qoruqları susuzluqdan məhv olub. 21-ci əsirdə Ucar rayon kəndlərinə su zülmü yaşadan Həsən Qasımov dövlətin ayırdığı vəsaiti təyinatı üzrə xərcləmədən talayaraq böyük bir var-dövlətə səltənətə sahib olub”,-deyə şikayət məktubunda qeyd olunub.

Sakinlər Politika.Az-a bildiriblər ki, isarə rəisinin Bakının 8 yerində mənzil alıb kirayəyə verdiyi, Ağdaşda 3 böyük mal-qoyun fermalarına sahib olduğu sirr deyil: “Burada 10 000-dən çox mal-qara saxlanılır.

Ucar Suvarma Sistemləri İdarəsində adları işdə gedən ancaq özləri işdə olmayan maaş kartları isə Həsən Qasımovun cibində olan " işçilər" çoxlu saydadır. Həmin şəxslər iş stajı yazılması üçün adlarını işə yazdırıb maaşlarının rəis Həsən Qasımıov tərəfindən götürülməsinə razılaşıblar.

Ucar Suvarma Sistemləri İdarəsinə məxsus 4 ədəd təzə "Hunday" markalı texnika ancaq özəl işlərə cəlb edilib. Bu da Həsən Qasımova pul qazandırır.

Əhalinin su təminatının yaxşılaşdırmaq üçün lildən təmizləmə, torpaq bərkitmə, qazma, beton kanallarının, nasos stansiyalarının, hidrotexniki qurğuların əsaslı təmiri adı ilə hər il dövlət büdcəsindən ayrılan küllü miqdarda pulu təyinatı üzrə xərcləmədən talan edən Həsən Qasımov 35 il rəisi olduğu bu idarənin fəaliyyətini tamam iflic edib”.

Şikayətçilər Politika.Az-a əlavə ediblər ki, dizel nasoslarına, texnikalara ayrılan yanacaq satdırılıb mənimsənilir: “Üzdə olan bir-iki su kanalını təmizləyib gözdən pərdə assalar da kəndlərdə su kanallarını lil, kol-kos və qamış basıb ki, nəticədə də su quruyub, kəndlərə gedib çıxmır.

Beton kanallarda, hidrotexniki qurğularda heç bir təmir işləri aparılmayıb. Elə kəndlər var ki, camaat qurunt sularını istifadə etmək məcburiyyətində qalıblar. Bu isə insanların həyat və sağlamlıqları üçün ciddi təhlükədir”.
Sakinlər video çəkiliş olan diskləri şikayət ərizəsi ilə birlikdə Prezident İlham Əliyevə Baş Prokurora, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə, Kənd Təsərrüfatı Nazirinə, Melorasiya və Su Təsərrüfatı ASC-yə və digər orqanlara göndərib. Şikayəti imzalayanlar:

Allahverdiyev Behbud Tacəddin oğlu Müsüslü kəndi
Rəsulova Gülnaz Şaiq qızı Müsüslü kəndi
İsmayılov Sənan Nüsrət oğlu Müsüslü kəndi
Mirəliyeva Almara Əsəd qızı Qulabənd kəndi
Məmmədov Saleh Asif oğlu Qulabənd kəndi
Nurməmmədov Şahin Nurməmməd oğlu Bərgüşad kəndi
Məmmədov Kərəm Balabəy oğlu Bərgüşad kəndi
Novruzov Heydər Yaşar oğlu Bərgüşad kəndi
Qədirov Abdulqədir Salman oğlu Alpoud kəndi
Xəlilov Cəlil Mircəfər oğlu Alpod kəndi
Sadıqov Cəfər Sadıq oğlu Qazyan kəndi
Əliyev Davud Hüseyn oğlu Qazyan kəndi və digərləri


Ucar Suvarma İdarəsi rəisi haqda korrupsiya faktları - Foto-Video
Ucar Suvarma İdarəsi rəisi haqda korrupsiya faktları - Foto-Video
Ucar Suvarma İdarəsi rəisi haqda korrupsiya faktları - Foto-Video

Bu gün, 16:00
Qafqazda əsas savaş yollar uğrunda olacaq - İDDİA
Bu gün, 13:42
Kafedə döyüb naməlum ünvana apardılar, 25 min manat istədilər
Bu gün, 13:35
Koçaryan indi də xəstəxanaya aparıldı - Yenilənib - Video
Bu gün, 12:32
Böyük Qayıdış Davam Edir: Xocavəndə Daha 191 Sakin Doğma Yurduna Qayıdır
Bu gün, 12:06
“Hadrut fatehi”nin xanımı da tələbə oldu
Bu gün, 12:01
Bu xəstəxanaya yeni direktor təyin olundu
Bu gün, 11:56
Bu gecə metro 1 saat artıq işləyəcək
Bu gün, 11:51
9 yaşlı qıza ögey anası zorakılıq etdi: DİN-dən reaksiya
Bu gün, 11:41
İlham Əliyev və Mehriban Əliyeva Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərdi
Bu gün, 11:23
Yağış, şimşək, duman - Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Bu gün, 10:58
Şəhid yoldaşı ali məktəbə qəbul oldu - FOTO
Bu gün, 10:53
Ali Məhkəmədən faiz müqabilində borc verənlərə SƏRT XƏBƏRDARLIQ
Bu gün, 10:47
Səhər saatlarında İrəvandan XOŞ XƏBƏR GƏLDİ - YENİLƏNDİ
Bu gün, 10:05
Şəhid anası da tələbə adını qazandı - Foto
Bu gün, 10:00
Paşinyan yenə Başkənd dedi - Çıxış yolları AÇIQLANDI
Bu gün, 09:50
Ukrayna Rusiyada dəmir yolunu və neft zavodunu VURDU: Ölənlər var
Bu gün, 09:45
Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu
Bu gün, 09:38
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Bu gün, 09:32
Bakının mərkəzində ağır qəza, 32 yaşlı kişi öldü
Bu gün, 09:29
Robert Koçaryan Ermənistan Milli Təhlükəsizlik Xidmətinə aparılıb
Bu gün, 09:22
Türkiyəni ayağa qaldıran məhkəmə qərarı açıqlandı
Bu gün, 09:17
Bu da baş verdi-Neft nəhəngi Rusiyada benzin qıtlığı: indi Türkiyədən yanacaq istəyir
Bu gün, 09:00
“17 il Ermənistanın dəmir yoluna pul tökdük, Azərbaycan və Türkiyədən xilas etdik” – Rusiya böyük “razborka”ya başladı
Dünən, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Dünən, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Dünən, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Dünən, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ