Şamaxı icra hakimiyyətinin ağ yalanı: kimi və niyə aldadırlar? - təfsilat
Bolge
Oxunub: 1 097
4 iy 2016 | 08:46
Şamaxı icra hakimiyyətinin ağ yalanı: kimi və niyə aldadırlar? - təfsilat









Bir müddət öncə saytımızda "Şamaxılı fermerlərdən aksiya xəbərdarlığı” başlıqlı yazı dərc etmişdik (yazıya burda bax: http://politika.az/karusel/16428-shamaxili-fermerlerden-aksiya-xeberdarligi.html)

Bu yazıda Şamaxıdan olan fermerlər Toğrul Salahov, Əzizbaba Fətullayev, Vahid Əhmədov, Ağamikayıl Cəbrayılov və Məzahir Hacıyevin üzləşdikləri problemlərdən bəhs olunmuşdu. Belə ki, Politika.Az-a açıqlama verən sahibkarlar bidirirlər ki, Şamaxı rayon İcra Hakimiyyəti onların başına oyun açır, imkanlarını genişləndirməyə şərait yaratmır. Onlar bildirirlər ki, dəfələrlə Kənd Təsərrüfatı Nazirliyində olublar, müvafiq dövlət qurumlarına şikayət ediblər, lakin heç bir xeyri olmayıb. Bizim şikayətləri hər dəfə İcra Hakimiyyətinin ərazi idarəetmə şöbəsinin müdiri Sərdar Ömərova göndərirlər. O da həmin şikayətin üzərinə bildiyi kimi yazıb, yuxarılara başqa məlumat verir. Axı, mənim şikayətim elə Sərdar Ömərovdandır. Sərdar Ömərovun 25 yaşlı oğlunun qoyun sürüləri var. «Onun yaylaq, qışlaq sahələri hardandır? Biz illərdi əziyyət çəkirik, amma bu qədər imkana sahib ola bilmirik. Amma bir məmur qısa müddətdə ən yüksək imkanlara malik olur. Bunu necə edirlər, məlumdur».

Fermerlər həmçinin bildiriblər ki, Şamaxıda əkin sahələrinin bir çoxunun təyinatı dəyişdirilib. Həmin yerlərdə yerli məmurlar özlərinə restoranlar, istirahət mərkəzləri və ya bahalı villalar inşa ediblər: “Şamaxıda yaylaq və qışlaq sahələrinin çoxu zəbt olunub. «Şamaxıda yaylaq və qışlağı icarəyə götürmək üçün ən azı 5000 manat pul lazımdır. Halbuki bu torpaqlar heyvandarlıqla məşğul olan fermerlərə icarəyə verilməlidir. Rüsum banka köçürülməlidir, daha şəxsi ciblərə yox». Bütün bunlardan təngə gələn fermerlər əgər şikayətlərinə baxılmazsa, dinc aksiya keçirmək məcburiyyətində qalacaqlarını bildirmişdilər.

Sözügedən yazı saytımızda dərc olunduqdan sonra elektron poçtumuza aşağıdakı məzmunda yazı daxil oldu: “Bir qrup sahibkarın müraciəti ilə əlaqədar Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının tapşırığı ilə komissiya yaradılmış və şikayətçi Toğrul Salahovun iştirakı ilə araşdırma aparılmışdır. Adları qeyd olunan digər şikayətçilər araşdırmaya dəvət olunmalarına baxmayaraq yoxlamada iştirak etməkdən imtina etmişlər. Yoxlama zamanı şikayətçinin əsassız olduğu aşkarlanmış və onun iştirakı ilə akt tərtib olunmuşdur. Həmçinin bildiririk ki, qış otlaq sahələrində balıq saxlanması və qanunsuz əkin aparılması müşahidə edilməmişdir. 24 iyun 2016-cı il tarixdə müraciət müəllifləri RİH-nin başcısı tərəfindən qəbul edilmiş, onların şikayətləri dinlənilmiş və sonda onlar razı qaldıqlarını bildirmişlər”.

Biz KİV haqqında qanuna uyğun olaraq qarşı tərəfin mövqeyi kimi bu mətni də dərc etdik. Amma Şamaxı rayon icra hakimiyyətinin ictimaiyyət və media ilə əlaqələrinə məsul şəxslərin nəzərinə çatdırırıq ki, bu kimi mətnlər partizansayağı, imzasız deyil, icra hakimiyyətinin adından, açıq ünvanla və rəsmi qaydada göndərilməlidir. Bundan başqa məsələ yazılanları təkzib etmək və ya problemin həll olunmasını yazmaqla bitmir. Gərək problem gerçəkdən həll olunsun. Məsələ bundadır ki, icra hakimiyyəti adından göndərilən məlumatları araşdırmaq üçün şikayətçi fermerlərdən biri Toğrul Salayevlə əlaqə saxladıq. Sahibkar onları nə kiminsə qəbul etmədiyini, nə də problemlə heç kimin maraqlanmadığını bildirdi. Belə çıxır ki, Şamaxı rayon icra hakimiyyətində məsələlər elə kağız üzərində həll olunur. Ancaq medianın işi yalnız rəsmi mövqeyi dərc etmək deyil, həm də gerçəkliyi araşdırıb ortaya qoymaqdır. Hazırki gerçəklik isə ondan ibarətdir ki, Şamaxı rayon icra hakimiyyəti ictimaiyyəti aldatmağa cəhd edib. Ancaq bu dəfə alınmadı cənablar...

Qarşı tərəfi də dinləməyə hazırıq.
Bu gün, 16:00
Qafqazda əsas savaş yollar uğrunda olacaq - İDDİA
Bu gün, 13:42
Kafedə döyüb naməlum ünvana apardılar, 25 min manat istədilər
Bu gün, 13:35
Koçaryan indi də xəstəxanaya aparıldı - Yenilənib - Video
Bu gün, 12:32
Böyük Qayıdış Davam Edir: Xocavəndə Daha 191 Sakin Doğma Yurduna Qayıdır
Bu gün, 12:06
“Hadrut fatehi”nin xanımı da tələbə oldu
Bu gün, 12:01
Bu xəstəxanaya yeni direktor təyin olundu
Bu gün, 11:56
Bu gecə metro 1 saat artıq işləyəcək
Bu gün, 11:51
9 yaşlı qıza ögey anası zorakılıq etdi: DİN-dən reaksiya
Bu gün, 11:41
İlham Əliyev və Mehriban Əliyeva Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərdi
Bu gün, 11:23
Yağış, şimşək, duman - Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Bu gün, 10:58
Şəhid yoldaşı ali məktəbə qəbul oldu - FOTO
Bu gün, 10:53
Ali Məhkəmədən faiz müqabilində borc verənlərə SƏRT XƏBƏRDARLIQ
Bu gün, 10:47
Səhər saatlarında İrəvandan XOŞ XƏBƏR GƏLDİ - YENİLƏNDİ
Bu gün, 10:05
Şəhid anası da tələbə adını qazandı - Foto
Bu gün, 10:00
Paşinyan yenə Başkənd dedi - Çıxış yolları AÇIQLANDI
Bu gün, 09:50
Ukrayna Rusiyada dəmir yolunu və neft zavodunu VURDU: Ölənlər var
Bu gün, 09:45
Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu
Bu gün, 09:38
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Bu gün, 09:32
Bakının mərkəzində ağır qəza, 32 yaşlı kişi öldü
Bu gün, 09:29
Robert Koçaryan Ermənistan Milli Təhlükəsizlik Xidmətinə aparılıb
Bu gün, 09:22
Türkiyəni ayağa qaldıran məhkəmə qərarı açıqlandı
Bu gün, 09:17
Bu da baş verdi-Neft nəhəngi Rusiyada benzin qıtlığı: indi Türkiyədən yanacaq istəyir
Bu gün, 09:00
“17 il Ermənistanın dəmir yoluna pul tökdük, Azərbaycan və Türkiyədən xilas etdik” – Rusiya böyük “razborka”ya başladı
Dünən, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Dünən, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Dünən, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Dünən, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ