İcra başçısının müavini jurnalistləri «hinduşka yığan» adlandırdı-AĞCABƏDİDƏ
Bolge
Oxunub: 883
24 in 2016 | 12:13
İcra başçısının müavini jurnalistləri «hinduşka yığan» adlandırdı-AĞCABƏDİDƏ











Nayibə Mustafayeva dövlət TV-ləri və qəzetlərini qəbuldan qovmağı təklif edib

Azərbaycanda hər cür unikal və fərqli insan var. Təbii ki, 10 milyonun içindən bir xeyli belələrinin çıxması normaldır. Lakin işin anormal tərəfi odur ki, mövcud hakimiyyət və ya onun yerdəki nümayəndələri həmin «unikal» və «fərqli»ləri tapıb, vəzifə başına gətirirlər.
Belə «fenomen» məmurlardan biri də Ağcabədidədir. Rayon İcra Hakimiyyətində icra başçısının müavini vəzifəsində çalışan Nayibə Mustafayeva bir müddət biologiya müəllimi kimi çalışıb. Sonradan ulduzu necə parlayıbsa, onu İcra Hakimiyyətində mühüm posta çəkiblər. Amma bu, müavin xanım o qədər emosional, çılğın və aqressivdir ki, bəzən harada olduğunu, nə etdiyinin fərqinə varmır.
Məsələn, Ağcabədi rayonundan gələn xəbərlərdə deyilir ki, Nayibə Mustafayeva ötən günlərdə təhsil şöbəsinin müdiri Mehdi Əhmədova zəng edərək, ondan bundan sonra təhsil sahəsinə nəzarət etməməyi tələb edib (?!). Üstəlik, ona çatdırıb ki, bəs, Əhmədovun adı artıq Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin «qara siyahı»sına düşüb və bu səbəbdən də Təhsil Şöbəsində yalnız müavinin təlimat və tapşırıqlarını yerinə yetirməlidir. Dünyanın heç bir ölkəsində belə idarəetmə mexanizmi yoxdur və olmayacaq. Görünür, Nayibə xanım, bir ilkə imza atır.
Qeyd edək ki, xanım müavinin işləri bununla da bitmir. Onun bu yaxınlarda qəbula gəlmiş insanların qarşısında media nümayəndələri ilə davranışları da çox «unikal»dır. Bakıdan Prezident Admnistrasiyasının kuratoru da daxil olmaqla bir neçə qonağın, habelə icra başçısı və digər rəsmilərin iştirakı ilə qəbul keçirilirmiş. Bu zaman AzTV, Space, ATV və digər telekanalların, habelə dövlət və özəl media nümayəndələri də prosesdə iştirak edirmiş. Qəbuldan az əvvəl otağı yoxlayan Nayibə xanım, sağına və soluna baxaraq, bütün media işçilərinə üzünü tutub, «Bu hinduşkayığanları bura niyə çağırmısınız?» deyə bildirib. İcra başçısının müavininin mediaya, özü də dövlətin nəzarəti altında olan mətbuat nümayəndələrinə olan bu qədər aqressiyanın səbəbini bilən yoxdur. Hər halda adam durub, durduğu yerdə bütün media nümayəndələrini bu şəkildə aşağılayırsa, o zaman iki versiya ortaya çıxır. Birincisi, Ağcabədi İcra Hakimiyyətində mövqeyindən asılı olmayaraq, bütün media nümayəndələrinə pataloji nifrət var. Və Nayibə Mustafayevada həmin nifrətdən dolayı belə davranıb. İkincisi isə Nayibə Mustafayevanın xasiyyətindəki tündlük, onun psixoloji vəziyyətinin qeyri-stabil olmasıdır. Çünki normalda insan durub, durduğu yerdə, ələlxüsus məmur belə bir ifadə işlətməzdi.
Sonda «Hinduşkayığanlar» olaraq bizim çox hörmətli və izzətli Nayibə xanım Mustafayevaya bir sualımız var: Nayibə xanım, çox kiçik əmək haqqı almaqla, hələ biologiya müəllimi işlədiyiniz dönəmdə Ağcabədi rayonunun mərkəzində ikimərtəbəli evi necə tikidirə bildiniz? Ümid edirik ki, sualımıza səmimi cavab verəcəksiniz.jam.az
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO