Naxçıvan Ordusu hücuma keçdi, düşməni məhv etdi
Bolge
Oxunub: 2 209
21 in 2016 | 12:35
Naxçıvan Ordusu hücuma keçdi, düşməni məhv etdi











Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun döyüş atışlı taktiki təlimi keçirilib. Müdafiə nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov hərbi təlimi izləyib.

Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev təlimə hazırlıq barədə Ali Məclisin Sədrinə raport verib. Bildirilib ki, təlimə 2085 nəfər şəxsi heyət, 200-dən artıq döyüş və müxtəlif təyinatlı texnikalar cəlb olunub. Qüvvə və vasitələrə ərazinin xarakterinə uyğun olaraq hədəf şəraiti yaradılıb. Təlimin keçirilməsi qoşunların və döyüş sistemlərinin idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsi və döyüş uzlaşmasının səviyyəsinin artırılması məqsədi daşıyıb.

Təlim 3 mərhələdə həyata keçirilib. Birinci mərhələdə müdafiə əməliyyatlarının aparılması, düşmənin hücumunun dayandırılması və əks-zərbə hazırlığının başa çatdırılması, ikinci mərhələdə əks zərbənin endirilməsi, düşmən bölmələrinin məhv edilməsi və itirilmiş ərazilərin bərpası, üçüncü mərhələdə isə hücumun inkişaf etdirilməsi, düşmənin müdafiə dərinliyində əlverişli sahələrin ələ keçirilməsi və nəzarətdə saxlanılması tapşırıqları icra olunub.

Təlim ssenarisinə əsasən düşmən tərəfi döyüş hazırlığına başlayaraq kəşfiyyat və radiokəşfiyyat fəaliyyətlərini gücləndirib. Əlahiddə Ümumqoşun Ordunun kəşfiyyat qrupları düşmənin dərinliyində idarəetmə məntəqələrinin, raket-artilleriya və hava hücumundan müdafiə vasitələrinin atəş və start mövqelərinin aşkar edilməsi üzrə fəaliyyətə başlayıb, pilotsuz uçuş aparatı və kəşfiyyat müşahidə cihazının vasitəsilə qarşı tərəfin fəaliyyəti həm döyüşqabağı, həm də döyüş müddətində izlənilərək nəzarətdə saxlanılıb.

Düşmən strateji rayonları ələ keçirmək və torpaqlarımızı işğal etmək məqsədilə irimiqyaslı hücum əməliyyatına başlayıb və təmas xəttində atəşkəs rejimini pozaraq mövqelərimizi iriçaplı silahlardan atəşə tutub. Əlahiddə Ümumqoşun Ordu operativ qaydada əks-hücum əməliyyatını yerinə yetirib, xüsusi təyinatlı qruplar gizli şəkildə düşmənə hücum edərək hakim yüksəklikləri ələ keçiriblər. Bu zaman motoatıcı briqadalar minaatanlardan düşmənin komanda məntəqələrinə və artilleriyasına atəş zərbələri endirərək dərinlikdəki hədəfləri məhv ediblər.

İstənilən hava və məhdud görmə şəraitində düşmənin hərəkətsiz və hərəkət edən tanklarını, özüyeriyən artilleriya qurğularını, vertolyot və təyyarələrini məhv etmək üçün nəzərdə tutulan raket kompleksləri düşmənə böyük itkilər verib.

Bu zaman hava hücumundan müdafiə bölmələri zenit-raket kompleksləri və zenit artilleriya qurğularından istifadə edərək düşmən aviasiyasına zərbələr endirib və strateji obyektləri hava hücumlarından qoruyub. Sonra atəş dəstək vertolyotları düşmən müdafiəsinin yaxın dərinlikdəki zirehli obyektlərinə zərbələr endirib və düşmən üzərində atəş üstünlüyü qazanılıb. Hərbi təlimdə səyyar tibb və təmir-təxliyə qrupları da fəallıq nümayiş etdiriblər.

Əks zərbə atəş hazırlığı komandasından sonra reaktiv sistemlər artilleriya qurğuları ilə birlikdə düşmənin aşkar edilmiş qruplaşmalarını, hərbi və inzibati obyektlərini məhv edib. Düşmənin mina-partlayış zonası keçildikdən sonra əsas qüvvələr artilleriya bölmələrinin atəş dəstəyi ilə döyüşə daxil olub. Tank və motoatıcı bölmələr, yandan keçən dəstələr düşmənə cinahlardan və arxadan sarsıdıcı zərbələr endirərək möhkəmlənməyə imkan verməyib, ordu aviasiyası, atəş dəstək və hərbi nəqliyyat vertolyotları hücum qruplaşmasını havadan dəstəkləyib. Bu zaman briqadanın tanklarla gücləndirilmiş ikinci eşelon bölmələri də döyüşə yeridilib, taktiki hava desantı xüsusi təyinatlı qruplarla qarşılıqlı əlaqədə düşmən müdafiəsinin dərinliklərindəki dağ aşırımlarını və mühüm yüksəklikləri ələ keçirərək Azərbaycan bayrağını qaldırıb. Bununla da Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti təlimdə yeni texnoloji vasitələri və silahları uğurla tətbiq edərək döyüş tapşırığını müvəffəqiyyətlə yerinə yetirib.

Təlimdən sonra şəxsi heyətlə görüşən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təlimin uğurla başa çatması münasibətilə zabit, gizir və əsgərləri təbrik edib. Bugünkü hərbi təlimlər bir daha göstərdi ki, əsgər və zabitlərimiz qarşıya qoyulan istənilən tapşırığı uğurla yerinə yetirmək qüdrətindədirlər. Bu isə müasir ordu üçün ən vacib keyfiyyətdir.

"Torpaqlarımızın müdafiəsi sizə tapşırılıb. Bu, müqəddəs vəzifədir. Ona görə də şəxsi heyət xidməti nümunəvi təşkil etməli, müasir silah və texnikalardan istifadə qaydalarını mənimsəməli, nizam-intizama əməl olunmalı, döyüş qabiliyyəti daim artırılmalıdır. Bu gün Naxçıvan blokada şəraitində yaşayır. Ərazisinin çox hissəsi düşmənlə sərhəddir. Buna baxmayaraq torpaqlarımız etibarlı müdafiə olunur. Hərbi qulluqçuların döyüş ruhu və vətənpərvərliyi yüksəkdir".

Ali Məclisin Sədri qarşıdan gələn 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətlə Silahlı Qüvvələrimizin Naxçıvandakı birləşmə və hissələrinin şəxsi heyətini təbrik edib.

Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev təlim zamanı qarşıya qoyulan məqsədlərə tam nail olunduğunu və Əlahiddə Ümumqoşun Ordunun bundan sonra da istənilən döyüş tapşırığını yerinə yetirməyə hazır olduğunu bildirib, muxtar respublikada ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərə görə minnətdarlıq edib.

Ali Məclisin Sədri təlimdə fərqlənən zabit, gizir və əsgərləri qiymətli hədiyyələrlə mükafatlandırıb. Bütün şəxsi heyətə Ali Məclisin Sədri adından təşəkkür elan olunub.

Sonda zabit, gizir və əsgərlər şəxsi heyət arasındakı birlik və bərabərliyin ifadəsi olan "Hamı bir nəfər, bir nəfər hamı üçün" şüarını səsləndiriblər.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu