Horovlu kəndi sakinlərini qarşıladı
“Ağdamın əvvəlki şöhrəti bərpa olunacaq...”; Xankəndidə görülən işlər açıqlandı
Sabah ölkəmizdə Ağdam şəhəri günü kimi qeyd olunur. 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla Azərbaycan Ordusu Vətən müharibəmizdə parlaq qələbə qazandı. Yekun bəyanatla işğalçı erməni ordusu noyabrın 20-də Ağdamı tərk etdi.
Ali Baş Komandan İlham Əliyevin 2023-cü il iyulun 31-də verdiyi sərəncamdan sonra artıq 3 ildir ki, bu tarix respublikada ən yüksək səviyyədə qeyd olunmaqdadır.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad edilən torpaqlarımızın hər bir nöqtəsində olduğu kimi, Ağdamda da böyük bərpa-quruculuq işləri gedir.
Milli Məclisin deputatı Cavanşir Paşazadə bildirib ki, işğaldan azad olunmuş Ağdam erməni vandalizminin şahididir: “Ermənistan qəsdən mədəni və dini abidələrimizi vandalizmə məruz qoyub, təhqir və qarət edib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 16 avqust tarixli Qərarı ilə “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilib. Ağdam şəhərinin Baş Planı bütün işğaldan azad edilmiş rayonların içərisində ən birinci təsdiqlənib. Ağdam azad edilmiş ərazilərin ən böyük, Azərbaycanın isə dördüncü böyük şəhərinə çevriləcək. Burada 100 min nəfər əhalinin yaşayacağı planlaşdırılır. Şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Ağdamda da geniş tikinti-quruculuq işləri həyata keçirilir. Xarabalıqlar üzərində yeni, müasir Ağdam qurulur. “Böyük Qayıdış” proqramı çərçivəsində Ağdam şəhəri və kəndlər yenidən tikilir, infrastruktur layihələri icra olunur, yollar inşa edilir, yeni istehsal müəssisələri yaradılır, yaşıllıqlar salınır, ərazilər mina və partlamamış hərbi sursatlardan təmizlənir.
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaq. Baş Plan əsasında Ağdam bərpa olunur. Şəhərin özündə 5 məhəllə nəzərdə tutulur. Hazırda 2-ci məhəllədə 66 binanın tikinti işləri başlayıb. Bundan sonra paralel olaraq digər məhəllələrdə də tikinti işləri aparılacaq. Hazırda Ağdamda 3 kənddə - Kəngərli, Xıdırlı, Sarıcalıda bərpa-quruculuq işləri davam edir. Həmin kəndlərin birinci mərhələlərinin açılışı olub. Ağdam rayonunda digər kəndlər üzrə layihələndirmə işləri aparılır. 2025-ci ilin oktyabr ayına qədər Ağdamın yenidən məskunlaşdırılması proqramı çərçivəsində 825 ailə, 3318 nəfər öz doğma torpaqlarına köçürülüb".
Qeyd edək ki, Böyük Qayıdışa uyğun olaraq, Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə 37 ailə, 160 nəfər köçürülüb.
“Mən uzun illərdir didərgin düşdüyüm torpağıma geri qayıdıram. Doğma yurda dönüş hissi insana tamam başqa bir duyğu verir. Mən 32 yaşımda yurdumdan çıxarılmışdım. İndi isə 65 yaşımda geri qayıdıram. Elə bil ki, yenidən dünyaya gəlmişəm. Bu günə şükür edirəm”.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Horovlu kəndinə qayıdan sakin Rəhman Kəlbəliyev deyib. Doğma torpağa qayıdışı ən böyük səadət adlandıran R.Kəlbəliyev bu prosesdə əməyi olan hər kəsə təşəkkür edib: “Ən böyük minnətdarlığımız isə şəhidlərimizədir. Allah bütün şəhidlərimizə rəhmət etsin. Onların qanı bahasına biz bu torpaqlara qayıdırıq. Qazilərimizə Allah cansağlığı versin. Prezidentimizə də uzun ömür və güc-qüvvət arzulayıram - bütün bu qayıdış onun rəhbərliyi və ordumuzun şücaəti ilə mümkün olub”.
“Mən Cəbrayılı heç vaxt görməmişəm. Uşaq yaşlarımdan bəri ailəmlə Bakıxanovda məcburi köçkünlük həyatı yaşamışıq. Atamdan, anamdan, böyüklərimizdən Cəbrayıla, kəndimizə dair hekayələr eşitmişəm, onların xatirələri ilə böyümüşəm. Mənim üçün o yerlər uzun illər xəyal kimi olub - heç getmədiyim, amma hər zaman görmək istədiyim bir yurd olub”.
Bu sözləri isə keçmiş məcburi köçkün Pərviz Balacayev deyib. O, hazırda həmin xəyalının gerçəyə çevrildiyini deyib: “Kəndimizə qayıtmaq, orada yaşamaq imkanı yaranıb. Buna görə çox sevinirəm. Bu, bizim ailənin illərlə ürəyində daşıdığı həsrətin bitməsi, mənim isə heç vaxt görmədiyim, amma hər zaman mənə doğma olan torpağa addım atmağımdır. İndi Horovlunu öz gözlərimlə görmək, o torpaqda yaşamaq və oradan yeni xatirələr yaratmaq istəyirəm”.
Sonda onu da qeyd edək ki, Kəlbəcərə də növbəti el köçü reallaşacaq. Belə ki, 27 ailə noyabrın 17-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində keçirilən püşkatma ilə doğma yurdda mənzil sahibi olub. Onlar yaxın günlərdə Kəlbəcər şəhərinə köçürüləcəklər.
""Böyük Qayıdış" proqramı çərçivəsində Xankəndi şəhərində genişmiqyaslı bərpa-quruculuq işləri gedir. İnfrastruktur - yollar, su, elektrik, qaz və rabitə xətləri yenilənib, bütün yaşayış və qeyri-yaşayış fonduna texniki baxış keçirilib. İstifadəyə yararsız tikililər sökülüb, şəhərin yeni baş planına uyğun müasir layihələr icra olunmağa başlayıb".
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu fikirləri xidmətin icraçı direktoru Telman Kərimli Memarlıq və İnşaat Universitetinin 50 illik yubiley tədbirində çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, Xankəndidəki əsas binaların əksəriyyəti - Zəfər Muzeyi, Prezidentin Xüsusi Nümayəndəliyinin binası və "Qarabağ" hoteli vaxtilə Azərbaycanın büdcəsi və azərbaycanlı memarların layihələri əsasında inşa olunub. Eləcə də meydanda yerləşən Mədəniyyət Mərkəzinin binası “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutunun memar və konstruktorları tərəfindən hazırlanmış müasir layihələr əsasında bərpa edilərək yenidən şəhər həyatına qaytarılır. Biznes Mərkəzi tam təmir olunaraq müasir ofis və xidmət məkanına çevrilib. Xankəndi şəhər stadionu yenilənərək idman tədbirləri üçün tam yararlı vəziyyətə gətirilib. Şəhərin mədəni yaddaşını yaşadan Dövlət Dram Teatrında da bərpa ardıcıl şəkildə aparılır.
T.Kərimli onu da bildirib ki, işğal dövründə şəhərsalma prinsiplərinə uyğun olmayan tikililər sökülüb və onların yerində müasir ictimai məkanlar, iaşə obyektləri və funksional şəhər strukturlarının qurulması davam edir: "Bu layihələr sırasında Zəfər Parkı xüsusi əhəmiyyət daşıyır. Park həm simvolik məkan, həm də Xankəndinin müasir inkişaf vizyonunu ifadə edən yeni şəhər nüvəsidir. Bu gün Xankəndi ilə yanaşı, Ağdərənin, Xocalının kəndlərində də bərpa və infrastruktur layihələri icra olunur. Kəndlərdə yollar salınır, mühəndis-kommunikasiya xətləri yenilənir, fərdi yaşayış evləri sakinlərin qayıdışı üçün tam şəkildə bərpa edilir".
Kərimlinin sözlərinə görə, bu böyük quruculuq prosesinin əsas dayaqlarından biri peşəkar kadr potensialıdır: "Qürurla deyə bilərik ki, Xankəndi, Ağdərə və Xocalıda həyata keçirilən layihələrin əhəmiyyətli hissəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin iki yüzdən çox məzunu - memarlar, konstruktorlar, inşaat mühəndisləri və layihə rəhbərləri iştirak edir. Onların bilik və peşəkarlığı Qarabağın yenidən qurulmasına real töhfə verir. Bu gün Xankəndi tarixi irsi qorumaqla, müasir şəhərsalma standartlarına uyğun şəkildə yenidən formalaşır. Bütün görülən işlər dövlətçiliyin gücünü və memarlıq məktəbimizin peşəkarlığını əks etdirir".
Dünən, 16:00
ABŞ Konqresində Azərbaycana qarşı 241 kvadratkilometrlik İDDİA – 30 il susanlar hərəkətə keçdi
Dünən, 15:30
Jirinovskinin Azərbaycanla bağlı proqnozu – “Qarabağ azad ediləcək, İran isə...”
Dünən, 14:22
İlham Əliyev və Donald Trampın Bakı Zirvəsini keçirməsi mümkündürmü?
Dünən, 13:56
Prezidentlər sammitdə yenidən bir arada - Fotolar
Dünən, 13:26
MDB-də 2028-ci il Sosial inkişaf və həyat keyfiyyəti ili elan edildi
Dünən, 13:19
Azərbaycanda maaş artdı
Dünən, 13:15
Azərbaycanın xaricdəki ticarət nümayəndəliklərində bayraq, gerb və lövhə yerləşdiriləcək
Dünən, 13:12
İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO
Dünən, 12:11
Büdcədə 4 milyard manata yaxın artıqlıq yarandı
Dünən, 11:38
Azərbaycan iqtisadiyyatı 1,5% böyüyüb
Dünən, 11:18
“Retro Holding”də milyon yarımlıq yeyinti - Həbs edilən var
Dünən, 11:00
4 gün iş olmayacaq - Tarix açıqlandı
Dünən, 10:59
İlham Əliyev: Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə yükdaşımaları ildə 15 milyon tona çatdırmağa hazırıq
Dünən, 10:56
Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır
Dünən, 10:51
Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır
Dünən, 10:48
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edir - YENİLƏNDİ
Dünən, 10:11
Paşinyan səhərini Azərbaycan mahnısı ilə açdı, "ürək" göstərdi
Dünən, 10:00
Uzunmüddətli müharibə üçün bütün ehtiyatlarımız var – Tehran
Dünən, 09:54
İstanbulda çökən binada ölənlərin sayı 5 nəfərə çatdı
Dünən, 09:31
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edəcək
Dünən, 09:25
Trampın Nobel Sülh Mükafatı ilə qiymətləndiriləcəyinə ümid edirik - PREZİDENT
Dünən, 09:12
Avropa qaz çatışmazlığı yaşana bilər
Dünən, 09:00
Hadrutun işğaldan azad olunmasından 6 il ötür
8-10-2026, 18:23
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 16:00
Avropa kabus ssenarisinə hazırlaşır – Çoxsaylı insan ölümü ilə nəticələnəcək hücum gözlənilir!
8-10-2026, 15:30
Ebola 4 ölkəyə çatdı, Rusiyada taun şübhəsi – Dünyada təhlükəli xəstəliklər YAYILIR
8-10-2026, 14:53
İlham Əliyev Berdiməhəmmədovla görüşdü - FOTO