Sülhpərvər mövqe
---
Oxunub: 17
27 apr 2024 | 20:33
Sülhpərvər mövqe


Aprelin 23-də isə ADA Universitetində təşkil olunan beynəlxalq forum “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda həsr olunub. COP29-un ölkəmizdə keçirilməsi ərəfəsində belə bir beynəlxalq forumun keçirilməsi aktual mövzuların müzakirəsi dünya ictimaiyyətinin diqqəttinin bir d aha Azərbaycana yönəlməsinə səbəb olmuşdur. Xüsusən ölkəmizin başçısı cənab İlham Əliyevin müxtəlif beyin mərkəzlərinin nümayəndələrinin suallarını ətraflı şəkildə cavablandırması, iqtisadi məslələrlə yanaşı, siyasi məsələlərə kifayət qədər aydın mövqe bildirməsi bir daha göstərdi ki, Azərbaycan xalqının iradəsindən kənarda heç nə məqbul deyildir. Kifayət qədər ardıcıl siyasi kursu olan ölkəmiz müstəqillik yolunda inamla addımlayır və bu inamın da əsas potensialı xalqdan, milli maraqlara bağlı siyasətdən gəlir.
Ölkəmizin başçısı bu gün dünyanı düşündürən iqlim dəyişiklikləri fonunda ziddiyyətlərin olduğunu bildirərək qeyd etmişdir ki, bir tərəfdən Avropa, Avropa İttifaqı Azərbaycandan əlavə qaz istəyir, digər tərəfdən isə Avropa İnvestisiya Bankı qazıntı yanacağına investisiyanı tamamilə portfelindən çıxarmışdır. Belə təzadlar ilk növbədə Avropanın özünə ciddi ziyan gətirə bilər. Odur ki, ilk növbədə həyata keçirilən hər bir layihənin digəri ilə uzlaşdırılmasının vacibliyi diqqət mərkəzində saxlanmalıdır.
Dünya iqtisadi nəhənglərindən biri olan Çinlə münasibətlərin inkişafına toxunan cənab İlham Əliyev bu ölkə ilə münasibətlərimizin çox uğurla, qarşılıqlı hörmət və dəstək, hər iki ölkənin ərazi bütövlüyünün tanınması əsasında inkişaf etdiyini bildirərək demişdir: “Bizim “vahid Çin” siyasətimiz çinli tərəfdaşlarımıza çox yaxşı məlumdur və Çin də həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdir. Beləliklə, bu, bizim əməkdaşlığın bir əsası idi. Lakin indi əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də nəqliyyat sahələrində genişlənir. Mən Prezident Si Cinpinlə dəfələrlə görüşmüşəm və görüşlərimizdən çox yaxşı təəssüratlarla ayrılmışam. Əslində, bu görüşlər bizim münasibətlərə əlavə təkan verir. Biz indi Azərbaycanda sənaye sektorunda investor qismində daha çox Çin şirkətlərini görürük və bunu çox yüksək qiymətləndiririk.”
Cənubi Qafqaz regionunda təhlükəsizliyin başlıca şərt olduğunu vurğulayan cənab İlham Əliyev bildirdi ki, Azərbaycan regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərində yeni səhifənin açılması üçün bu addımı atdı və reallığa çevrilməsi üçün üzərinə düşən bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirir. Cənab İlham Əliyev hazırkı dövrdə sülh müqaviləsinin imzalanmasına yaxın olduğumuzu əsaslı şəkildə diqqətə çatdırdı. Bu reallıq da qeyd edildi ki, biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik. İndi sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var. Biz, sadəcə, təfərrüatları işləməliyik. Lakin, əlbəttə, hər iki tərəfə vaxt lazımdır.
Dövlət başçısı İlham Əliyev Forumdakı çıxışında “Biz iqtisadiyyatımızı şaxələndiririk” söyləyərək onu da əlavə etdi ki, hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir. Lakin ixracımızın təxminən 95 faizi neft və qazla bağlıdır. Hazırda əsas məqsədlərimizdən biri ixracımızı şaxələndirməkdir. Dayanıqlı inkişaf və enerji amillərinə gəldikdə isə, bildirildi ki, iqtisadi göstəricilərimiz və sosial proqramlarımız bunu aydın şəkildə göstərir. Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə edilib. Onlar bərabər şəkildə bölüşdürülür. Enerji əməkdaşlığımızı və ilk gəlirlərimizi aldığımız zaman Azərbaycanda yoxsulluğun səviyyəsi 50 faizə yaxın idi, hər ikinci şəxs yoxsul idi. Qaçqınlar arasında isə bu göstərici 75 faizdən çox idi. İndi isə biz bunu 5 faiz səviyyəsinə qədər azaltmışıq. Eyni göstərici işsizliyə də aiddir.
Azərbaycanın COP29-a sədrliyinə həm də ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi baxdığını bildirən dövlətimizin başçısı bir daha ölkəmizin və xalqımızın sülhpərvər mövqeyini diqqətə çatdırdı.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Bu gün, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Bu gün, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Bu gün, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Bu gün, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq
Bu gün, 13:15
Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN
Bu gün, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu
Bu gün, 11:10
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
Bu gün, 10:57
Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
Bu gün, 10:52
Prezident Millətlər Birliyinin baş katibini qəbul edib
Bu gün, 10:44
İrəvanda səhər saatlarında 88 nəfər saxlanılıb - VİDEO
Bu gün, 10:33
Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO
Bu gün, 10:11
Sədərək Ticarət Mərkəzində yanğın başlayıb - VİDEO
Bu gün, 10:06
Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK
Bu gün, 10:01
“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu
Bu gün, 10:00
Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA
Bu gün, 09:39
AFFA-da vacib qərarlar günü
Bu gün, 09:39
Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib
Bu gün, 09:34
ABŞ-dan İsrailə gözlənilməz təklif: "Rəfaha hücumu saxla, biz də BUNU edərik" - Washington Post
Bu gün, 09:17
Qərb İrəvana "fəlakətin yol xəritəsi"ni verib: Ermənistan indi nə irəli, nə də geri hərəkət etmir, mərkəzdə əzilir
Bu gün, 09:10
İsrail ordusu Cəbaliyədə...
Bu gün, 09:06
Rusların bu hücumundan xəbərdar idik - Kəşfiyyat
Bu gün, 09:03
Sabahdan Kosovada bu pula qadağa qoyulur
Bu gün, 09:00
Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
11-05-2024, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
11-05-2024, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib