Azərbaycan dünyadakı baş verən iqlim dəyişikliyindən narahatdır
---
Oxunub: 15
26 apr 2024 | 10:39

Azərbaycan dünyadakı baş verən iqlim dəyişikliyindən narahatdır


Bu gün dünya ölkələri iqlim dəyişikliyindən ciddi ziyan çəkir. İqlim dəyişikliyi dövlətlərin iqtisadiyyatına və insanların səhhətinə öz mənfi təsirini göstərir. Çərçivə konvensiyasının keçirilməsi də məhz bu məqsədə xidmət edir. COP29-un Azərbaycanda keçirilməsi onun beynəlxalq tədbirlərə önəm verməsinin və ölkəmizə göstərilən etimadın göstəricisidir. Əlbəttə ki, iqlim dəyişiklikləri ilə mübarizə üçün real maliyyələşdirilmələrin aparılması, vəsaitlərin cəlb olunması çox vacibdir. Azərbaycanın da bu sahədə böyük təcrübəsi var. Biz Qoşulmama Hərəkatını nümunə olaraq göstərə bilərik. Pandemiya dövründə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatı çox mühüm tədbirlər həyata keçirdi və dünyada pandemiyanın qarşısının alınması üçün əsaslı tədbirlərin görülməsinə, maliyyə vəsaitlərinin ayrılmasına nail oldu.
İqlim dəyişiklikləri ilə mübarizə bu gün dünyanın qarşısında duran vacib problemlərdən biridir. Əlbəttə ki, bir çox dövlət nümayəndələrinin qeyd etdiyi kimi, bunun üçün maliyyələşdirilmə problemlərinin həll edilməsi önəmlidir. Sözsüz ki, bu, konvensiyanın Bakıda keçirilməsi və Azərbaycanın bu məsələdə bilavasitə təşəbbüskar olması gələcək üçün imkan açır və iqlim dəyişiklikləri ilə mübarizənin gücləndirilməsinə təkan verəcək. Bu, mötəbər beynəlxalq tədbir və dünyanı, bəşəriyyəti düşündürən vacib məsələdir. Belə problemlərin Azərbaycanda öz həllini tapması bəşəriyyət tərəfindən təqdirəlayiq bir haldır. 2024-cü ilin noyabr ayında Bakıda keçiriləcək bu 29-cu sessiya Azərbaycanın həyatında mühüm bir hadisə olacaq və dövlətimizin beynəlxalq nüfuzunun artırılmasında önəmli yer tutacaq.
Azərbaycan yaşıl enerji sahəsində bir çox dövlətlə əməkdaşlıq edir. Məsələn, 2022-ci ilin yanvarın 13-də Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. 2022-ci ilin martın 15-də “Qaradağ” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə 4 anlaşma memorandumu imzalanıb. 2022-ci ilin dekabr ayında Azərbaycan Gürcüstan, Ruminiya və Macarıstanla yaşıl enerji sahəsində strateji əməkdaşlıq sazişi imzaladı. Azərbaycan işğaldan azad edilmiş ərazilərin də yaşıl enerji zonasına çevrilməsini hədəfləyir. Bununla bağlı müvafiq dövlət proqramı hətta beynəlxalq təcrübədən yararlanılmaqla icra edilməkdədir.
Samiyə Abdulkərimova - 12 saylı şəhər poliklinikasının baş həkimi
Dünən, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
Dünən, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
Dünən, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
Dünən, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
Dünən, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
Dünən, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
Dünən, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Dünən, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
Dünən, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Dünən, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
Dünən, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
Dünən, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
10-05-2024, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
10-05-2024, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
10-05-2024, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
10-05-2024, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
10-05-2024, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
10-05-2024, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
10-05-2024, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
10-05-2024, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
10-05-2024, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
10-05-2024, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
10-05-2024, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
10-05-2024, 13:29
İlham Əliyev Füzulidə
10-05-2024, 13:02
Putin komandasını yenidən formalaşdırır
10-05-2024, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
10-05-2024, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest