Rusiya-Azərbaycan münasibətləri inkişaf etməkdədir
---
Oxunub: 20
24 apr 2024 | 11:57
Rusiya-Azərbaycan münasibətləri inkişaf etməkdədir



Bu gün Rusiya Azərbaycan münasibətləri tam fərqli konteksdə inkişaf edir. Artıq Azərbaycan Rusiya ilə münasibətlərini Cənubi Qafqazda dəyişdirdiyi gedişatlar üzərində qurur. Hazırda Rusiyada iki ölkə arasında regiondakı kommunikasiya məsələlərinin geniş müzakirə olunduğu mütləqdir. Qazaxın kəndlərinin də qaytarılması gözlənilən kommunikasiya xətlərinin açılmasına bir addımda yaxınlaşmaq deməkdir. Keçmişdə Rusiya ilə münasibətlərdə müəyyən gərginliklər, suallar olub. Amma ikinci Qarabağ müharibəsindəki qələbəmizdən, separatizmə son qoyduqdan və rus hərbi kontingenti Qarabağı tərk etdikdən sonra münasibətlərdə elə bir problemli mövzu qalmayıb. Tərəfdaşlıq var, ticarət mübadiləsi artır, Şimal-cənub nəqliyyat dəhlizinin işə düşməsində əsas açar dövlətlərdən biri də Azərbaycandır. Azərbaycan da bu nəqliyyat dəhlizinin işə düşməsində maraqlıdır. Sadəcə bunun üçün Rusiya və İran Rəşt-Astara dəmir yolunun tikintisini sürətləndirməlidirlər.
İndiki şəraitdə dövlətimiz xarici siyasətdə ancaq öz maraqlarından irəli gələn tərəfdaşlıqlar qurur. Doğrudur, böyük dövlətlərin maraqlarının toqquşduğu bir regionda buna nail olmaq olduqca çətindir. Son illər qlobal siyasətin əsas gücləri olan dövlətlər Azərbaycanın milli maraqlarını necə qoruduğunun şahidi oldu və bu maraqlar onlar üçün Cənubi Qafqaza giriş açarı rolunu oynayır. Azərbaycan regionun geopolitik məkanıdır. Cənubi Qafqazla bağlı bütün əməkdaşlıqlar dövlətimizin milli maraqları çərcivəsində baş tutur.
Azərbaycan-Rusiya əlaqələri də dövlətlərimizin başçılarının siyasi iradəsinə uyğun olaraq hazırda sürətlə inkişaf edir. İki ölkə arasında siyasi münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsi iqtisadi münasibətlərin genişləndirilməsinə də müsbət təsirini göstərir. Azərbaycan daima xarici siyasət kursunda Rusiya ilə qarşılıqlı faydalı və bərabərhüquqlu münasibətlərə böyük əhəmiyyət verib.
Digər tərəfdən Moskvadakı görüşdə Baykal-Amur magistralının tikintisinin 50 illiyi ilə bağlı toplantının keçirilməsi və bu tikintidə keçmişdə mərhum dövlət başçısı Heydər Əliyevin iştirakının xüsusi vurğulanması da əlamətdar hadisə idi. Bunun özü də iki dövlət arasında münasibətlərin hazırda inkişaf dövrünü yaşadığını göstərir. Biz Rusiya ilə münasibətlərdə problemlər istəmirik. İqtisadi-ticarət əlaqələrinin inkişafı da diqqətimizdədir.
Mətləb Hüseynov-Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzi ərazi partiya təşkilatının sədri


Bu gün, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Bu gün, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
Bu gün, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
Bu gün, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
Dünən, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
Dünən, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
Dünən, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
Dünən, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
Dünən, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
Dünən, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
Dünən, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
Dünən, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
Dünən, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
Dünən, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
Dünən, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
Dünən, 13:29
İlham Əliyev Füzulidə
Dünən, 13:02
Putin komandasını yenidən formalaşdırır
Dünən, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
Dünən, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest
Dünən, 12:49
İrəvandakı aksiyalar: Bakı və Ankaranın müdaxiləsi olacaqmı? - TƏHLÜKƏLİ SSENARİLƏR
Dünən, 11:35
Slovakiya-Azərbaycan əlaqələrinin tarixində əlamətdar gün
Dünən, 11:26
Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar
Dünən, 11:20
Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər - FOTO
Dünən, 10:06
Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım edib
Dünən, 10:01
Süni intellekt silaha çevrilir: gizlin qalmadı
Dünən, 09:55
Əliyevin enerji diplomatiyası real təhlükəsizlik və cazibə faktorudur: Avropa tədricən Azərbaycana inteqrasiya olunur
Dünən, 09:50
Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb