Səttar Möhbalıyev: “BAM-in ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri olub”
---
Oxunub: 14
23 apr 2024 | 16:00
Səttar Möhbalıyev: “BAM-in ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri olub”


“Regional və beynəlxalq təşəbbüsləri, qlobal sülh və təhlükəsizliyə verdiyi misilsiz töhfələr, müəllifi olduğu reallıqların bölgəyə gətirdiyi yeni inkişaf meylləri dövlətimizin başçısı cənab İlham Əliyevi dünyada əsas aparıcı liderlərdən birinə, ölkəmizi isə böyük söz sahibinə çevirib. Onun hər bir addımı, qəbul etdiyi qərarları, dəyərli fikirləri təkcə Azərbaycan dövləti və xalqı üçün deyil, ümumilikdə beynəlxalq aləm üçün də önəmlidir. Serbiya Prezidenti Aleksandar Vuçiçin “İlham Əliyev Avropada çox məşhurlaşıb. Bilmirəm o nə edib, amma etiraf edim ki, bunun sirrini mən də bilmək istərdim”, Şimali Makedoniya Prezidenti Stevo Pendarovskinin “İlham Əliyev Avropada ən çox arzuolunan şəxsdir”, eləcə də Macarıstanın XİN başçısının Peter Siyartonun “Bu gün Qərb liderləri Azərbaycan Prezidenti ilə şəkil çəkdirmək üçün Bakıya can atırlar” kimi fikirləri bir daha Prezidentimizin beynəlxalq nüfuzundan xəbər verən məqamlardır”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Heç də təsadüfü deyil ki, Azərbaycanın üzv olduğu, ya olmadığı istənilən regional və beynəlxalq xarakterli görüşlərə cənab İlham Əliyev dəvət olunur və qiymətli fikirləri alınır. Hətta görürük ki, Prezidentimiz dost dövlətlərin təşkil etdiyi daxili tədbirlərdə belə ali qonaq qismində iştirak edir. Təbii ki, bütün bunlar bilavasitə dövlətimizin başçısının şəxsi nüfuzu ilə əlaqədardır. Prezident İlham Əliyevin iştirak etdiyi növbəti belə tədbir aprelin 22-də Moskvada Baykal-Amur Magistralının (BAM) 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə təşkil olunan görüş oldu. Bildiyimiz kimi, BAM indiyə qədər dünya miqyasında həyata keçirilən ən nəhəng nəqliyyat layihələrindən biridir. Və bu layihənin ərsəyə gəlməsində azərbaycanlıların dərin zəhməti və fədakar əməyi danılmazdır. Bunun bariz nümunəsi BAM-in üzərində salınan iki qəsəbədir. Belə ki, Ulkan və Anqoy qəsəbələrini məhz azərbaycanlılardan ibarət briqadalar inşa edib və özü də nəzərdə tutulan vaxtdan iki ay tez işi təhvil veriblər”, - AHİK sədri qeyd edib.
Onun sözlərinə görə, həmin nəhəng magistraldan danışarkən ilk növbədə yada Vətənimizin böyük oğlu, qurucu, ayaq qoyduğu hər bir yerə inkişaf, tərəqqi gətirmiş Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev düşür: “Rusiya Prezidenti Vladimir Putin başda olmaqla dəmir yolu sahəsinin veteranlarının Ulu Öndərimizi yad etməsi, onunla bağlı xoş xatirələrini paylaşması hər birimizi qürurlandırdı. Bu bir tarixdir ki, Azərbaycan adlı dövləti yenidən quran, onu böyük və dönməz inkişaf yoluna istiqamətləndirən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyərkən də öz bənzərsiz fəaliyyəti ilə dərin iz qoyub. O, BAM-in tikintisini sürətləndirmək, aparılan işin keyfiyyətini artırmaq məqsədilə 1984-cü ilin iyununda tikinti regionuna gedib. Ulu Öndər orada əməkçilərlə görüşür, tikinti obyektlərinə baxış keçirir, tikilən yeni qəsəbələr və şəhərlərlə tanış olur. SSRİ-nin rəhbər vəzifəli şəxsinin sadə əməkçilərlə görüşməsi və söhbətləşməsi, qayğıları ilə maraqlanması onlara yeni impuls verir, işi başa çatdırmaq üçün daha səylə çalışmağa ruhlandırır. Tikintinin gedişi ilə bağlı onun Siyasi Bürodakı geniş nitqi, aparılan işi sürətləndirməklə bağlı təşəbbüslərindən sonra BAM-in tikintisində ciddi irəliləyişlər baş verdi. Əminliklə deyə bilərik ki, bilavasitə Heydər Əliyevin peşəkar fəaliyyəti nəticəsində 1984-cü ildə Baykal-Amur magistralı hesabına SSRİ-də dəmir yolu xətlərinin uzunluğu 300 min kilometrdən çox artmışdı. Qürurvericidir ki, 2008-ci ildə BAM-də yerləşən Anqoy stansiyası yenidən təmir edilərkən ona məhz Ulu Öndər Heydər Əliyevin adı verildi və bu, ən ədalətli qərar idi”.
Bu gün, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
Bu gün, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
Bu gün, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
Bu gün, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
Bu gün, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
Bu gün, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
Bu gün, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
Bu gün, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
Bu gün, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
Bu gün, 13:29
İlham Əliyev Füzulidə
Bu gün, 13:02
Putin komandasını yenidən formalaşdırır
Bu gün, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
Bu gün, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest
Bu gün, 12:49
İrəvandakı aksiyalar: Bakı və Ankaranın müdaxiləsi olacaqmı? - TƏHLÜKƏLİ SSENARİLƏR
Bu gün, 11:35
Slovakiya-Azərbaycan əlaqələrinin tarixində əlamətdar gün
Bu gün, 11:26
Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar
Bu gün, 11:20
Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər - FOTO
Bu gün, 10:06
Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım edib
Bu gün, 10:01
Süni intellekt silaha çevrilir: gizlin qalmadı
Bu gün, 09:55
Əliyevin enerji diplomatiyası real təhlükəsizlik və cazibə faktorudur: Avropa tədricən Azərbaycana inteqrasiya olunur
Bu gün, 09:50
Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb
Bu gün, 09:40
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
Bu gün, 09:34
Ukraynada ordudan yayınanlara qarşı sərt cəza
Bu gün, 09:30
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
Bu gün, 09:00
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
Dünən, 13:22
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
Dünən, 10:50
Paşinyanla Putin razılaşdı: 44 günlük müharibədən sonra...