Aqiyə Naxçıvanlı: “Azərbaycan-Gürcüstan əməkdaşlığı Avropa ölkələrinin enerji təhlükəsizliyinə misilsiz töhfələr verir”
---
Oxunub: 12
18 mar 2024 | 09:30
Aqiyə Naxçıvanlı: “Azərbaycan-Gürcüstan əməkdaşlığı Avropa ölkələrinin enerji təhlükəsizliyinə misilsiz töhfələr verir”


“Bu gün Azərbaycan ilə Gürcüstan arasında dostluq və qardaşlıq münasibətləri ən müxtəlif sahələrdə uğurla inkişaf edir. Bu ilin mart ayının 16-da cənab Prezident İlham Əliyevin dəvətilə Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin ölkəmizə rəsmi səfəri də əlbəttə ki, ölkələrimiz arasında əməkdaşlığın daha da genişlənməsi işinə töhfə verəcək. Məlumdur ki, Gürcüstan Cənubi Qafqaz regionunda ənənəvi olaraq Azərbaycanın ən yaxın müttəfiqidir. Əsrlər boyu bizim xalqlarımız mehriban qonşuluq və dostluq şəraitində yaşamışdır, bu gün də bu belədir. Bu, həm ölkələrimiz üçün vacibdir, eyni zamanda bütün Cənubi Qafqaz üçün çox vacib olan bir şərtdir. Bu gün Gürcüstanla Azərbaycanı Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TRASEKA, Bakı-Tbilisi-Qars və Trans-Anadolu Qaz Boru Kəməri kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Qeyd olunan layihələr ölkələrimizi bir-birinə strateji cəhətdən bağlayır. Buna paralel olaraq, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib. Ölkələrimiz arasında siyasi yaxınlaşma iqtisadi inteqrasiya fonunda gedir və bu, münasibətlərə strateji xarakter verir.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

Daha sonra deputat Prezident İlham Əliyevin martın 16-da mətbuata bəyanatla etdiyi çıxışında səsləndirdiyi fikirlərin önəmini qeyd edib: “Həqiqətən də bu gün Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri Avropa ölkələrinin enerji təhlükəsizliyinə böyük töhfələr verməkdədir. Bu vacib məqam Ölkə Prezidenti cənab İlham Əliyevin mətbuata bəyanatla etdiyi çıxışında da öz əksini bariz şəkildə tapmışdır. Dövlət başçımız qeyd etmişdir ki, hazırda Azərbaycan və Gürcüstan birgə səylərlə nəinki öz iqtisadi inkişafını təmin edir, eyni zamanda, region üçün və geniş mənada Avrasiya üçün də önəmli ölkələrə çevriliblər. Birgə həyata keçirilən infrastruktur layihələr, xüsusilə də nəqliyyat və enerji layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir. Cənab Prezident məhz nəqliyyat sahəsində yaradılan və yaradılacaq yeni infrastrukturun bir çox ölkələr üçün əvəzolunmaz imkanlar açacağını anonsladı. Qeyd olundu ki, Bakı-Tbilisi-Qars dəmir yolunun bir-iki aydan sonra artıq genişləndirilmiş formada fəaliyyətə başlaması, xüsusən də bu dəmir yolunun ötürmə qabiliyyətinin 1 milyon tondan 5 milyon tona çatdırılması bir çox ölkələr üçün cəlbedici olacaq.”

A.Naxçıvanlı həmçinin Azərbaycan və Gürcüstan arasında yaşıl enerji sahəsində əməkdaşlığın böyük perspektivə malik olduğunu vurğulayıb: “Öz çıxışında möhtərəm dövlət başçımızın dediyi kimi, bu gün Azərbaycan və Gürcüstan arasında mövcud olan dostluq əlaqələri və enerji sahəsində əməkdaşlıq Avropanın enerji təhlükəsizliyi üçün böyük töhfədir. Energetika sahəsində ənənəvi sahələrdən başqa bu gün ölkələrimizi birləşdirən “Yaşıl enerji dəhlizi” layihəsidir. Burada da Azərbaycan və Gürcüstan Avropa ölkələri ilə sıx əməkdaşlıq edirlər və yaxın aylarda bu layihənin texniki-iqtisadi əsaslandırması hazır olacaq. Bundan sonra konkret işlərə start veriləcək. Bərpaolunan enerjini Avropaya çatdırmaq üçün Qara dənizin dibi ilə elektrik kabeli aparılacaq. Beləliklə, “Yaşıl enerji dəhlizi”, enerji kabeli inşa edilərək həm Azərbaycanın, həm Gürcüstanın, həm də tərəfdaş ölkələrin enerji təhlükəsizliyini gücləndirəcək. Həm Gürcüstanın, həm Azərbaycanın çox böyük bərpaolunan enerji potensialı var və bu potensial ölkələrimizin inkişafına böyük töhfələr verəcək” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.
Dünən, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Dünən, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Dünən, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Dünən, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Dünən, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Dünən, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Dünən, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
26-04-2024, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
26-04-2024, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...