Səttar Möhbalıyev: “Azərbaycan öz ərazisində hər hansı bir qanunsuz silahlı birləşmənin mövcudluğuna heç vaxt yol verməyəcək”
---
Oxunub: 39
4 avq 2022 | 11:40
Səttar Möhbalıyev: “Azərbaycan öz ərazisində hər hansı bir qanunsuz silahlı birləşmənin mövcudluğuna heç vaxt yol verməyəcək”


“Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın Ordusu tərəfindən məğlubiyyətə düçar olan işğalçı Ermənistan 10 noyabr 2020-ci il tarixli Bəyanatı imzalamağa məcbur oldu. Bu Bəyanatın imzalanması Ermənistanın hərbi kapitulyasiyası deməkdir və Azərbaycanın qələbəsini rəsmiləşdirdi. Bəyanata əsasən, Ermənistan tərəfi məhv edilmiş işğalçı ordusunun qalıqlarını Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindən çıxarmalı idi. Amma üstündən bu qədər vaxt keçməsinə baxmayaraq, Bəyanatın müddəalarını pozmaqda davam edir. Həmin qanunsuz silahlı ünsürlər mütəmadi olaraq terror təxribat əməlləri törədir, günahsız insanların ölümünə səbəb olurlar. Azərbaycan tərəfi bu barədə Ermənistana dəfələrlə xəbərdarlıq edib. Görünən odur ki, Ermənistan imza atdığı sənədlərə məhəl qoymaq niyyətində deyil”.

Bu fikirləri KİV-yə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Avqustun 3-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri növbəti dəfə terror-təxribat əməlinə əl atıblar və nəticədə əsgər Anar Kazımov şəhid olub. Həmçinin onlar Kəlbəcər və Laçın rayonlarında əlverişli mövqeləri ələ keçirməyə cəhd ediblər. Təbii ki, bunun qisası Azərbaycan Ordusu tərəfindən artıqlaması ilə alınıb. Bu, onu göstərir ki, Azərbaycan öz ərazisində hər hansı bir qanunsuz silahlı birləşmənin mövcudluğuna heç vaxt yol verməyəcək. Ermənistan tərəfi də bunu mütləq anlamalı, üzərinə götürdüyü öhdəlikləri tərədüdsüz yerinə yetirməlidir. Və anlamalıdır ki, onların qarşısında qüdrətli, regionun lider dövləti Azərbaycan var. Son baş verən hadisələr göz qabağındadır, mütləq nəticə çıxarılmalıdır”, - Milli Məclisin deputatı bildirib.

“Münaqişə başa çatandan sonra aparılan bütün danışıqlarda Azərbaycanın səyləri bötövlükdə regionda sülh və təhlükəsizliyə, sabitliyin əldə olunmasına hesablanıb. Dövlətimiz tərəfindən irəli sürülən təkliflər ümumilikdə bölgənin iqtisadi inkişafını əhatə edir. Ermənistan tərəfi isə sülh prosesini ləngitməklə əslində özünü çətin duruma salır, regionun hərtərəfli inkişafına mane olmağa çalışır. Baş verən son hadisələr bir daha təsdiqləyir ki, Ermənistan iki dövlət arasında münasibətlərin normallaşmasını istəmir, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik edir”, - S.Möhbalıyev vurğulayıb.
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Dünən, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Dünən, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Dünən, 09:57
Hərbçimiz vəfat etdi